Hadisə
30 yaşlı qadının intiharının TƏFƏRRÜATI (YENİLƏNİB)
Tərtər Rayon Bəyimsarov kənd sakini 30 yaşlı Pərvanə Arif qızı Dünyamalıyevanın intiharının təfərrüatı bəlli olub.
Kənd sakinlərinin Publika.az-a verdiyi məlumata görə, 4 uşaq anası Pərvanə Dünyamalıyeva dünən axşam saatlarında evlərinin həyətindəki tövlədə özünü asıb: “Onun böyük uşağının 5 yaşı var, balacanın isə heç bir yaşı da tamam olmayıb. Həmişə nümunəvi ailə olublar, qayınanası ilə birlikdə yaşayırdılar, lakin heç vaxt aralarında ciddi problem olmayıb. Dünən ekspertiza da aparıldı, üzərində heç bir zorakılıq, döyülmə olmayıb.
Dünən axşam saatlarında qaynanası iftar üçün yemək hazırlayırmış, yoldaşı da qoyun otarırmış. Qayınanası gəlinin evdə görməyib, uşağı arxasınca göndərib. Böyük uşağı anasının tövlədə göydən asıldığını deyib. İndi həm ailə, həm də qonşular şokdadır”.
Kənd sakinlərinin sözlərinə görə, P.Dünyamalıyeva özü də Bəyimsarov kəndindəndir. Onun bibisi qonşusudur, bütün qohumları ətrafda yaşayır: “Hər hansı problem olsa, qohumları, qonşuları eşidər, xəbər tutardı. Amma heç vaxt ailədə söz-söhbət eşidilməyib”.
***
11:52
Dünən Tərtərin Sarov kəndində intihar hadisəsi baş verib.
Kənd sakini 30 yaşlı Pərvanə Arif qızı Dünyamalıyeva yaşadığı evdə özünü asaraq öldürüb. Faktı Rayon Polis Şöbəsindən də təsdiqlədilər.
Hazırda dörd uşaq anası olan 30 yaşlı qadının intiharının səbəbləri araşdırılır. (qafqazinfo)
Gülxar
-
İdman20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO
-
Region19:24İranda təqaüdçülər etiraza qalxdılar - VİDEO
-
MDB18:48Moskvada terror aktı törətmək istəyən yeniyetmə saxlanıldı
-
MDB17:54Rusiya ordusu ötən ay rekord sayda itki verib
-
Hadisə17:21Zərdüşt Əlizadənin bacısı vəfat etdi - Foto
-
Avropa17:00Fransada 60 nümayişçi xəsarət aldı
-
Hadisə16:16Müslüm Qurbanov vəfat etdi
-
Avropa15:37Avropada nə baş verir: Böhran daha da dərinləşə bilər - TƏHLİL




































.jpg)
