Hadisə
Fərəməz Novruzoğlu bıçaqlandı
Tanınmış hərəkatçı və keçmiş jurnalist Fərəməz Novruzoğlu (Allahverdiyev) gecə saatlarında "Gənclik” metrostansiyası yaxınlığında işlətdiyi mağazada naməlum şəxs(lər) tərəfindən bıçaqlanıb.
Bu barədə Strateq.az-a Fərəməz Allahverdiyevin oğlu Elçibəy Türkelli məlumat verib.
Elçibəy bildirib ki, atasını yaralı halda ərazidə xidmət aparan polis əməkdaşları 1 saylı Şəhər Klinik Xəstəxanasına gətiriblər və hazırda əməliyyata alınıb.
Son məlumata görə, Fərəməz Novruzoğluna iki bıçaq zərbəsi vurulub. Zərbələrdən biri qolunu kəsib, digəri isə böyrək nahiyyəsini kürəyi istiqamətində parçalayaraq daxili orqanlarını zədələyib.
Əməliyyatı həyata keçirən həkim Strateq.az-a bildirib ki, böyrəyindən vurulan bıçaq zərbəsi xeyli dərinə işləsə də, artıq Fərəməz Novruzoğlunun həyatına olan təhlükə aradan qaldırılıb və ciddi həkim nəzarətinə alınıb…
Qeyd edək ki, Fərəməz Novruzoğlu dəfələrlə məhkum olunub. Sonuncu dəfə o, 2013-cü ildə həbs olunub, ancaq 2014-cü ildə Prezident İlham Əliyevin sərəncamı ilə əfv edilib.
-
İdman20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO
-
Region19:24İranda təqaüdçülər etiraza qalxdılar - VİDEO
-
MDB18:48Moskvada terror aktı törətmək istəyən yeniyetmə saxlanıldı
-
MDB17:54Rusiya ordusu ötən ay rekord sayda itki verib
-
Hadisə17:21Zərdüşt Əlizadənin bacısı vəfat etdi - Foto
-
Avropa17:00Fransada 60 nümayişçi xəsarət aldı
-
Hadisə16:16Müslüm Qurbanov vəfat etdi
-
Avropa15:37Avropada nə baş verir: Böhran daha da dərinləşə bilər - TƏHLİL




































.jpg)
