Hadisə
“Baku Steel Company”dəki partlayışa görə cinayət işi açıldı (YENİLƏNİB)
“Baku Steel Company” MMC-də baş verən partlayışla bağlı cinayət işi başlanıb.
APA-nın məlumatına görə, faktla bağlı Nərimanov rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162-ci (əmək mühafizə qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanıb, istintaq hərəkətləri davam etdirilir.
“Baku Steel Company” zavodunda bu gün baş verən partlayışın səbəblərinin öyrənilməsi üçün komissiya yaradılıb.
Bunu Trend-ə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Əmək Müfəttişliyi Xidmətinin (DƏMX) rəis müavini Məhərrəm Məhərov bildirib.
Onun sözlərinə görə, komissiya DƏMX-nin sədrliyi ilə müəssisənin özünün işçilərinin, həmkarlar təşkilatının birgə iştirakı ilə yaradılıb.
M.Məhərov qeyd edib ki, komissiyanın sabahdan işə başlayacağı gözlənilir: “Biz qəzanın hansı səbəbdən baş verməsi barədə hələlik məlumat verə bilmərik. Bunun üçün araşdırma aparılacaq. İstehsalatda təhlükəsizliyin təmin edilməsi ilə bağlı vəziyyət hec vaxt qənaətcil olmayıb və olmayacaq da. Bu, bütün dünyada belədir”.***
14:24
Bakı şəhəri, Nərimanov rayonu, Z.Bunyadov prospektində yerləşən “Baku Steel Company” zavodunda istehsalat qəzası nəticəsində partlayış baş verib.
“Report”un xəbərinə görə, partlayış nəticəsində beş nəfər xəsarət alıb.
Həmin şəxslər zavodda işləyənlər - Sumqayıt şəhər sakini 1951-ci il təvəllüdlü Ələsgər Ələsgərov, Masallı rayon sakini 1970-ci il təvəllüdlü Elsevər İbadullayev, 1971-ci il təvəllüdlü Məmməd Kərimov, Şabran rayon sakini 1959-cu il təvəllüdlü Nüsrətdin Səfərov və 1982-ci il təvəllüdlü Natiq Salmanovdur.
Yaralılar müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər.
Ə.Ələsgərov və E.İbadullayev tibbi yardım aldıqdan sonra evə buraxılıb, digər yaralıların vəziyyəti stabil ağırdır.
Faktla bağlı araşdırma aparılır.
-
Səhiyyə21:00Qonşu ölkədə xərçəng diaqnozu ikiqat artdı
-
Magazin120:24Lətifə bu kanalda aparıcılıq edəcək
-
Magazin120:00Pünhan Piriyev ÖLÜMLƏ HƏDƏLƏNİR - Nazirə müraciət etdi
-
Magazin119:36“O, dünyanın ən gözəl qadınıdır” - FOTO
-
Hadisə18:12Maşından son anda qaçmasaydı, faciə yaşanacaqdı - ANBAAN VİDEO
-
İqtisadi gündəm17:00Keçmiş prorektor Türkanda 3 milyon manatlıq şirkət yaratdı
-
Nida Xəbər 16:03Çeçenistanın lideri: Azərbaycan xalqını Qarabağ məsələsinin həlli münasibətilə təbrik edirəm
-
Nida Xəbər 15:50Kadırov Bakı-Qroznı reysinin qəzasında həlak olanlarla bağlı İlham Əliyevə başsağlığı verdi



























.jpg)






.jpg)

