Hadisə
Lənkəranda 3 jurnalist dələduzluğa görə tutulub
Lənkəranda biri qadın olmaqla 3 jurnalist dələduzluq faktlarına görə tutulub.
Bu barədə məlumatı APA-nın cənub bürosuna Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin (ŞRPŞ) müstəntiqi, polis kapitanı Toğrul Hüseynov verib. Onun sözlərinə görə, rayonun Parakənd qəsəbə sakini Şahvələd Məmmədov, Kərgəlan kənd sakini Arzu Abdullayeva, Şağlakücə kənd sakini Hökümə Rəhimova və digərləri polis şöbəsinə ərizə ilə müraciət edərək tanımadıqları biri qadın olmaqla 3 nəfərin “AZSAMAND” markalı, 90 TE 971 dövlət nömrə nişanlı minik avtomobilində onların yaşadıqları ünvana gələrək özlərini Bakı şəhərindən gəlmiş polis əməkdaşları kimi təqdim edib baxıcılıq fəaliyyəti ilə məşğul olduqları üçün onlarla getməli olacaqlarını bildiriblər. Getmək istəmədikləri halda isə işlərinin qaydasına qoyulması üçün onların müxtəlif məbləğdə pulunu və qızıl-zinət əşyalarını ələ keçirərək aradan çıxıblar.
Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində “AZSAMAND” markalı, 90 TE 971 dövlət nömrə nişanlı minik avtomobili aşkar edilərək saxlanılıb. Avtomobildə olanların şəxsiyyəti müəyyən edildikdən sonra ilkin araşdırmalardan məlum olub ki, avtomobili etibarnamə ilə idarə edən Şirvan şəhər sakini, 1978-ci il təvəllüdlü Fariz Fazil oğlu Yəhyayev üstündə olan vəsiqələrlə özünü “Xəbərfakt” İnformasiya Portalının və “Presedent” ictimai-siyasi hüquq qəzetinin baş redaktoru, Kəlbəcər şəhərində qeydiyyatda olan, hazırda Xırdalan şəhərində müvəqqəti məskunlaşmış 1975-ci il təvəllüdlü İpək Yunus qızı Məmmədova özünü “Xəbərfakt” İnformasiya Portalının və “Presedent” ictimai-siyasi hüquq qəzetinin redaktoru İpək Kəlbəcərli, İpək Məmmədli və Hacıqabul şəhər sakini, 1993-cü il təvəllüdlü İlkin Habil oğlu Məmmədov “Xəbərfakt” İnformasiya Portalının xüsusi müxbiri kimi təqdim edərək, Lənkəranın müxtəlif yaşayış məntəqələrini gəzib baxıcılıqla məşğul olan şəxslər barədə sakinlərdən məlumatlar topladıqdan sonra həmin fəaliyyətlə məşğul olanların evlərinə gedərək, onları ifşa edəcəkləri ilə hədələməklə ələ keçirdikləri müxtəlif məbləğlərdə pul və qızılı götürüb aradan çıxıblar.
F.Yəhyayev, İ.Məmmədova və İ.Məmmədov polis tərəfindən saxlanılaraq istintaqa cəlb olunublar. Faktla bağlı Lənkəran ŞRPŞ-də Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
-
ABŞ02:19Qrenlandiya ilə bağlı böyük razılaşma: ABŞ-a geniş səlahiyyətlər verildi
-
Qoroskop01:40Günün ulduz falı: səbirsizliyiniz pik həddə çatacaq
-
Hadisə18 Sentyabr 21:26Sumqayıtda dəhşətli qəza: 4 yaşlı uşaq öldü
-
Magazin118 Sentyabr 20:36Əməkdar artist vəfat etdi - Yeniləndi
-
Kriminal18 Sentyabr 18:50Adnan Əhmədzadə 1 ildir içəridədir - Nələr baş verdi?
-
Nəqliyyat18 Sentyabr 18:20Bakıda axşam tıxacı: 27 yol keçilməz oldu - Siyahı
-
Magazin118 Sentyabr 15:28Elçin Cəfərov Tacir Şahmalıoğlu barədə paylaşım etdi - FOTO
-
Dünya18 Sentyabr 14:16Cümə namazı zamanı partlayış: 15 ölü, 50-dən çox yaralı















.jpg)


.jpg)
.jpg)








.jpg)




.jpg)



