Hadisə
İmişlidə növbəti zəlzələ (YENİLƏNİB)
Bu gün yerli vaxtla saat 11:51-də Beyləqandan 34 km şimal-şərqdə İmişli rayonu ərazisində zəlzələ qeydə alınıb.
Respublika Seysmoloji Xidmət Mərkəzindən Publika.az-a verilən məlumata görə, zəlzələ yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub. Yeraltı təkanın maqnitudası 4.1, dərinliyi 28 km olub.
***
10:21
Respublika Seysmoloji Xidmət Mərkəzindən Publika.az-a verilən məlumatda bildirilib ki, İmişlidə baş verən zəlzələ güclü hesab edilir: “İlk təkan 08:46-da 5.6 bal gücündə olub, ikinci təkan 3 dəqiqə sonra 3.9 bal gücündə olub. Hazırda zəlzələ ocağı sönməyib və sönənə qədər avtoşoklar müşahidə ediləcək. Düzdür, avtoşoklar zamanı zəlzələnin gücü nisbətən zəifləyir. Lakin bu zəlzələ 5 bala yaxındır və güclü zəlzələ hesab edilir”.
Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, zəlzələ ətraf rayonlarda hiss olunub. Hazırda Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ərazidədir.
Qeyd edək ki, bu gün səhər saatlarında İmişlidə baş vermiş yeraltı təkanlar İran ərazisində də hiss olunub. İranın Parsabad şəhərində 1 nəfər aldığı xəsarətlərdən dünyasını dəyişib.
***
09:21
İmişli rayonunda zəlzələ olub. Təkanlar yerli vaxtla saat 08.46-da qeydə alınıb. 5.6 maqnitudalı, 25 km dərinlikdə baş verən zəlzələ 4 bala yaxın hiss olunub.
Gülxar
-
İdman20:36“Qarabağ”ın futbolçuları oyun zamanı dalaşdılar - VİDEO
-
Sosial19:12Kəmaləddin Heydərov polkovniki işdən azad etdi
-
Avropa17:11Fransada yaşayış yeri böhranı: 927 evsiz həyatını itirib
-
Nida Xəbər 16:50XİN: Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq
-
Yaxın Şərq16:05Xamenei: Müharibənin bitməsinin şərtlərini Tehran müəyyən edəcək!
-
Nəqliyyat15:20Moskva-Bakı marşrutu üzrə kruiz gəmisi istifadəyə verilir
-
Yaxın Şərq14:35ABŞ balıqçı gəmilərini vurdu? - 2 nəfər itkin düşüb, 1 yaralı var
-
Səhiyyə14:18Əhliman Əmiraslanov: Növbə gözləyən xəstələrin sayı kifayət qədər çoxdur!














.jpg)






















.jpg)
.jpg)
