Hadisə
Üçotaqlı mənzil kül oldu - FOTO/VİDEO
Şəkidə yanğın olub.
Publika.az Kanal S-ə (Region TV) istinadən xəbər verir ki, rayonun Qoxmuq kənd sakini Rauf Nəbiyevə məxsus üçotaqlı ev anidən alışıb. Alov qısa müddətdə bütün evi bürüyüb. Yanğının söndürülməsi üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Şəki Yanğından Mühafizə Hissəsinin texnika və canlı qüvvəsi cəlb olunub. Həyətyanı ərazidə saxlanılan quru ot bağlamaları da alışdığından yanğının söndürülməsi çətinləşib.
Hadisədə xəsarət alan olmasa da, ev tamamilə yanaraq külə dönüb.
Zərərçəkən İxtiyar Nəbiyevin sözlərinə görə, bunu kimsə edib: "Kimsə qəsdən odduyub. İşıq yanmayan vəziyyətdə bu necə ola bilər ki".
Digər zərərçəkən şəxs Rauf Nəbiyev isə, ciddi ziyan dəydiyini bildirib: "600-700 dənə presdir, bir də 3 dənə otaqdır. Yanıb tər-təmiz".
Yanğının baş vermə səbəbləri araşdırılır.
-
Səhiyyə14:18Əhliman Əmiraslanov: Növbə gözləyən xəstələrin sayı kifayət qədər çoxdur!
-
Yaxın Şərq13:33Xarici işlər nazirindən İran xəbərdarlığı: İkinci raund daha dağıdıcı olacaq!
-
Ekologiya13:06Noyabrın ilk gününün hava proqnozu açıqlandı
-
Sağlamlıq12:58Məşhur diyetoloqdan ideal səhər yeməyi resepti: Tək kəsmik yetərli deyil
-
Avropa12:26Konstitusiya Məhkəməsinin ərazisinə girən etirazçılar saxlanıldı
-
Region10:48Hakkaridə Türkiyə əsgəri öldürüldü
-
Hadisə10:31Şahdağa qar yağdı - Faktiki hava
-
İqtisadi gündəm10:045,03 trilyonluq zirvə: “Apple” yenidən birincidir



































.jpg)
.jpg)
