Hadisə
Azərbaycanda ŞOK OLAY: Meyit xəstəxanadan oğurlandı
Lənkəranda vəfat etmiş şəxsin meyiti xəstəxanadan qaçırılıb.
"Report"un Cənub bürosunun məlumatına görə, rayonun İstisu qəsəbəsindən olan 1968-ci il təvəllüdlü yerli sakin Əliyev İlham Şahüseyn oğlu ötən gün axşam saatlarında epilepsiya tutması adı altında xəstəxanaya daxil olub.
Lakin Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilən xəstənin üzərində həyat əlamətləri olmayıb. Bundan xəbər tutan qohumlar meyiti xəstəxanadan qaçırmaq istəyiblər. Onların şübhəli hərəkətləri barədə polisə məlumat verilib və meyitin olduğu avtomobil saxlanılaraq Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Mərkəzinin Lənkəran şöbəsinə təhvil verilib.
Xəstəxananın həyətində olan kənd sakinlərindən bəziləri ölən şəxsin içkili halda kənddə dava etdiyini bildiriblər.
Ölümün hansı səbəbdən və hansı şəraitdə baş verdiyi aparılacaq tibbi ekspertizanın rəyindən, eləcə də prokurorluğun araşdırmasından sonra məlum olacaq.
-
Ekologiya13:06Noyabrın ilk gününün hava proqnozu açıqlandı
-
Sağlamlıq12:58Məşhur diyetoloqdan ideal səhər yeməyi resepti: Tək kəsmik yetərli deyil
-
Avropa12:26Konstitusiya Məhkəməsinin ərazisinə girən etirazçılar saxlanıldı
-
Elm və təhsil11:40Azərbaycan elminə ağır itki - Professor Surxay Əkbərov vəfat etdi
-
Region10:48Hakkaridə Türkiyə əsgəri öldürüldü
-
Hadisə10:31Şahdağa qar yağdı - Faktiki hava
-
İqtisadi gündəm10:045,03 trilyonluq zirvə: “Apple” yenidən birincidir
-
ABŞ08:15İrana yeni zərbə dalğası endiriləcək - Dəqiq tarix açıqlandı




































.jpg)
.jpg)
