Hadisə
Hacıqabulda bədbəxt hadisə: 3 yaşlı uşaq...
Hacıqabulda üç yaşlı uşaq bədbəxt hadisə nəticəsində ölüb.
Publika.az xəbər verir ki, Hacıqabul rayonu Rəncbər kənd sakini 2013-cü il təvəllüdlü Qafarov Yusif Kamil oğlu üzərinə manqalın aşması nəticəsində ağır xəsarətlər alıb. Qara ciyərin və mədəaltı vəzinin əzilməsi, daxili qanaxma, kəllə-beyin travması və 4-cü dərəcəli postravmatik şok diaqnozu ilə ötən gün saat 5-6 radələrində Şirvan rayon Mərkəzi Xəstəxanasına daxil olan Y. Qafarov təcili əməliyyat olunaraq reanimasiya şöbəsinə yerləşdirilib, lakin onu xilas etmək mümkün olmayıb. O, bu gün saat 4 radələrində dünyasını dəyişib.
Meyit müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şirvan rayon şöbəsinə göndərilib.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
-
ABŞ08:15İrana yeni zərbə dalğası endiriləcək - Dəqiq tarix açıqlandı
-
Cənubi Qafqaz07:35“Azərbaycanın istədiyi Konstitusiya bizi alt-üst edəcək!” - Karapetyan
-
Magazin204:30“Taxt oyunları”nın ulduzu Kiyevdə sığınacaqda - Foto
-
Hadisə02:19Səfirliyimiz önündə iranpərəstlər təxribata cəhd etdilər
-
Qoroskop00:27Günün ulduz falı: Pul məsələlərində diqqətli olun!
-
Nəqliyyat30 Oktyabr 20:48Azərbaycanda qəza riski yüksək olan yolların xəritəsi hazırlanır - Sürücüləri nə gözləyir?
-
Avropa30 Oktyabr 19:10Yarım milyon insan küçələrə axışa bilər - Fransada etiraz dalğası böyüyür
-
Nida Xəbər 30 Oktyabr 18:40Azərbaycanda daha bir cərimənin məbləği azaldılır




































.jpg)
.jpg)
