Hadisə
Bakıda ana 2 körpəsini boğdu: “Mən şeytanın yolu ilə gedirəm” - DƏHŞƏT
Ötən gün axşam Bakının Sabunçu rayonunda görünməmiş vəhşilik baş verib. ANS PRESS-in məlumatına görə, hadisə saat 20:30-da Albalı bağ massivində qeydə alınıb.
İkinci Albalı bağ massivi 515-ci bağ evində yaşayan 1988-ci il
təvəllüdlü Nəsibə Nəsib qızı Qurbanov evdə tək olarkən iki körpə
balasını boğub öldürüb. Qadın daha sonra öz ürəyinə bıçaqla zərbə
yetirib.
Hadisə barədə hüquq-mühafizə orqanlarının əməkdaşları məlumat tutan
kimi ora gediblər. Qadın qan içində xəstəxanaya yerləşdirilib.
Məlum olub ki, o, 2012-ci il təvəllüdlü Ayan Asif qızı Məlikzadəni
və 10 aylıq körpəsi Ayşəni boğaraq öldürüb. Daha sonra məktub
yazaraq intihara cəhd edib.
Qadın məktubunda həyatından bezdiyini yazıb: “Mən həyatdan
bezmişəm. Belə yaşamaq istəmirəm. Mən şeytanın yolu ilə gedirəm.
Uşaqları da özümdən sonra heç kimə əmanət etmirəm”.
Hazırda qadınının vəziyyəti ağırdır. Nəsibə Qurbanovanın əri Asif
isə hadisədən şoka düşüb. Asif işi ilə əlaqədar olaraq həftənin
müəyyən günləri evdə olmurmuş. Bu səbəbdən də, arvadı onu
qısqanırmış. Hər dəfə də, ona zəng vururmuş. Asif Məlikzadə bundan
başqa, ailələrində heç bir problem olmadığını bildirib.
Qeyd edək ki, Nəsibə Qurbanovanın əsəbi xəstə olduğu ehtima
edilir.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
-
ABŞ02:4411 sentyabr terror aktının pərdəarxası: MKİ 71 məxfi sənədi yayımladı
-
Qoroskop01:40Sentyabrın ikinci yarısı bu bürclər üçün unudulmaz olacaq
-
ABŞ00:27ABŞ qüvvələri hərəkətə keçdi - Gecə əməliyyatına hazırlıq gedir
-
Elm və təhsil11 Sentyabr 21:51Azərbaycanda universitetlər 3 illik olacaq? - Açıqlama
-
Hadisə11 Sentyabr 19:20Gəmi qəzasına görə saxlanılan 3 azərbaycanlı ilə bağlı qərar
-
Rəsmi xronika11 Sentyabr 17:25Prezidentdən Fərid Şəfiyevlə bağlı - Sərəncam
-
ABŞ11 Sentyabr 15:30Ağ Evdə intriqa: Moskva və Kiyevlə danışıq aparanlar dəyişəcək?
-
Sosial11 Sentyabr 14:24"Ucal sağ idi, təcili yardım gec gəlib" - Coşqunun nişanlısı HƏR ŞEYİ DANIŞDI













.jpg)



.jpg)
.jpg)








.jpg)




.png)




