ABŞ
Melaniya Trampa və İlon Maska ŞOK - ABŞ vətəndaşlığını itirə bilərlər
ABŞ Konqresində Ohayo ştatından respublikaçı senator Bernie Moreno ikili vətəndaşlığın qadağan edilməsini nəzərdə tutan qanun layihəsi irəli sürüb.
Publika.az xəbər verir ki, "Newsweek" jurnalının yaydığı məlumata görə, Morenonun qanun layihəsi qəbul edilərsə, bu, amerikalı məşhurlara təsirsiz ötüşməyəcək.
Öz təşəbbüsünə şərh verən Moreno bildirib ki, ABŞ vətəndaşı olmaq "şərəf və imtiyazdır", ona görə də kimsə amerikalı olmaq istəyirsə, "ya hər şey, ya da heç nə" prinsipinə əməl etməlidir.
Məqalədə deyilir ki, qanun qüvvəyə minərsə, həm ABŞ-ın birinci xanımı Melaniya Trampın, həm də onun oğlu Berronun Sloveniya vətəndaşlığından imtina etmək üçün bir il vaxtı olacaq.
Tramp ailəsindən əlavə, məhdudlaşdırıcı tədbirlər Kanadada vətəndaşlığı olan amerikalı sahibkar İlon Maska da təsir göstərəcək.
Həmçinin Tom Hanks, Mila Kunis, Pamela Anderson və digər ikili vətəndaşlığa sahib məşhurlar da çətin vəziyyətlə üzləşəcəklər.
Qeyd edək ki, bəhs edilənn qanun layihəsi artıq Senatın komitə mərhələsinə göndərilib.
Ləman
-
İdman05:15Ronaldo Dünya Kubokunda yeni rekorda imza atdı
-
Region04:14Ankara Cevdet Yılmazı Tehrana göndərir
-
Magazin101:11Cennifer Lopez səhnəyə elə libada çıxdı ki... - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bu sizə ən doğru yolu göstərəcək
-
Nida Xəbər 2 İyul 23:12Hər şey çox sadə və əlçatandır: MN-dən yenilik - VİDEO
-
Region2 İyul 23:00Kürdlər İrana daxil oldular - Şiddətli döyüşlər başladı, ölənlər var
-
Cənubi Qafqaz2 İyul 21:48Ermənistanda zəlzələ baş verdi
-
Magazin12 İyul 21:12Natiq Şirinov 35 min təzminat alacaq - FOTO






























.jpg)





