59 metr hündürlükdən tullandı - FOTOLAR/VİDEO
Bizi izləyin

İdman

59 metr hündürlükdən tullandı - FOTOLAR/VİDEO

Laso Şalle 58,8 metr hündürlükdən suya baş vurmaqla dünya rekordunu təzələyib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, ekstremal idman növləri ilə məşğul olan 27 yaşlı Laso Şalle, İsveçrədə yerləşən “Cascada del Salto” şəlaləsindən tullanıb.

Bundan qabaq isə Şalle 56,71 metr hündürlükdən suya baş vurmaqla dünya rekordunu vurmuşdu. İndi isə 59 metrə yaxın məsafədən tullanan Şalle, təqribən saatda 123 kilometr sürətlə 3,5 saniyəyə suya düşüb. İdmançının hər hansı bir xəsarətlərlə üzləşməməsi üçün onu bir neçə idmançı müşayiət edib.

Qeyd edək ki, Şallenin sərbəst surətdə suya tullandığı qayanın hündürlüyü 19 mərtəbəli binaya uyğun gəlir.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm