İdman
Nazirlikdən TƏKZİB: Avropa Oyunları ilə bağlı...
Gənclər və İdman Nazirliyi Rusiya KİV-ində Azərbaycanın Avropa Oyunları ilə bağlı Rusiyaya müraciət etməsi barədə yayılan məlumata münasibət bildirib.
Nazirlikdən Publika.az-a daxil olan açıqlamada deyilir:
Ötən gün Rusiya kütləvi informasiya vasitələrində Rusiya Federasiyasının idman naziri Vitali Mutkoya istinadən Azərbaycan Hökumətinin növbəti Avropa Oyunlarının Rusiyada keçirilməsi üçün Rusiya tərəfinə müraciət etdiyi, lakin Rusiyanın bu oyunları keçirməyəcəyinə dair açıqlaması yer alıb. Vitali Mutkonun Rusiya mediasına verdiyi açıqlamanın media nümayəndələri tərəfindən təhrif olunduğunu düşünərək, daha dəqiq məlumatın əldə edilməsi məqsədi ilə Rusiyanın İdman Nazirliyinə sorğu göndəriləcək.
Qətiyyətlə bildiririk ki, Azərbaycan Hökuməti və ya Gənclər və İdman Nazirliyi heç bir halda Rusiyanın nəinki hökumətinə, heç ayrı-ayrı rəsmi şəxslərinə bu cür xahişlə müraciət etməyib.
Azərbaycan İlk Avropa Oyunlarına çox yüksək səviyyədə ev sahibliyi edib və Avropa Olimpiya Komitəsinin, Milli Olimpiya Komitələrinin və digər əlaqədar təşkilatların yüksək qiymətini alıb.
Azərbaycanin növbəti oyunların hansı ölkə tərəfindən təşkil edilməsi ilə bağlı müraciət etməsi üçün heç bir ehtiyac yoxdur. Eyni zamanda bildiririk ki, bu Avropa Olimpiya Komitəsinin və ora daxil olan Milli Olimpiya Komitələrinin və oyunları təşkil etmək niyyətində olan ölkələrin işidir. Rusiyada bu səpkili layihələr birbaşa Rusiya Olimpiya Komitəsinin səlahiyyətindədir.
İkinci Avropa Oyunlarının hansı ölkə tərəfindən keçirilməsindən asılı olmayaraq, Azərbaycan ilk oyunlar çərçivəsində qazandığı informasiya potensialini və təcrübəsini bölüşməyə, eyni zamanda mütəxəssislərini bu ölkəyə dəstək və yardım üçün yönəltməyə hazırdır.
-
Magazin100:15"Dedi ki, Bilal Əliyev gözləsin, səhnə sevgilimindir"
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bu dəyişimi qəbul edin
-
ABŞ16 Aprel 23:12Keçmiş vitse-qubernator xanımını güllələdi, özü intihar etdi
-
Hadisə16 Aprel 23:00Sabah bəzi ərazilər qazsız qalacaq
-
Elm və təhsil16 Aprel 22:2431 yaşlı Nigar Adilova prorektor TƏYİN EDİLDİ - FOTO
-
MDB16 Aprel 21:48Hava limanında DƏHŞƏTLİ ANLAR - İldırım təyyarədə altı dəlik açdı
-
Magazin116 Aprel 21:36Nigar Camalın sözləri ilə bağlı rəsmi açıqlama
-
ABŞ16 Aprel 21:24Tramp bu liderləri Ağ Evə dəvət etdi - 1983-cü ildən bəri...



































