Mundial yaxınlaşır – Aviakompaniyalar xaosda
Bizi izləyin

İdman

Mundial yaxınlaşır – Aviakompaniyalar xaosda

Mundial yaxınlaşır – Aviakompaniyalar xaosda

Dünya çempionatının başlamasına təxminən 2 ay qalsa da, artıq Braziliya aviakompaniyaları xaos içindədi.

Publika.az xəbər vetrir ki, bu ölkənin aviakompaniyaları turistləri vaxtında daşımaq gücündə deyillər. Problem isə indidən hiss olunur. Belə davam edəcəyi təqdirdə azarkeşlərin bir şəhərdən digərinə getməsində problemlər yaşana, onlar oyun başlanana qədər stadiona çatmaya bilərələr.

“İş orasındadır ki, enməyə zolqa yoxdursa, siz məcbursunuz ki, göydə 3 saat fırlanasız. Bundan sonra isə 300 kilometr də başqa şəhərə yol getməlisiz. Stadiona çatanda isə oyunun qurtardığı məlum olacaq”.

Bu fikirləri Kolumbiyanın “Avianca” aviakompaniyasının nümayəndəsi German Efromoviç səsləndirib.

“LATAM Airlines”in baş direktoru Enriko Kueto da Braziliyadakı duruma biganə qalmayıb: “Bilmirəm qarşılaşmalarda hansı komandalar qalib gələcək, ancaq dünya çempionatı aviakompaniyalar üçün məğlubiyyətlə bitə bilər”.

Aviakompaniyalar artıq çempionat zamanı düşəcəkləri ziyanı hesablayırlar. Onlar belə olacağı təqdirdə hökumətdən kompensasiya tələb edəcəklər.

Qeyd edək ki, San-Paulu aeroportunda hələ də yeni terminal istifadəyə verilməyib. Digər şəhərlərdə isə sərnişinləri yerləşdirmək üçün çadırlar qurulur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm