Millət vəkili idmançıları Qırğızıstana aparır - VİDEO
Bizi izləyin

İdman

Millət vəkili idmançıları Qırğızıstana aparır - VİDEO

Millət vəkili idmançıları Qırğızıstana aparır - VİDEO

Mayın 2-də ümummillli liderimizin xatirəsinə həsr olunmuş “Heydər Əliyev kuboku” keçiriləcək.

Bu beynəxalq turnir Qırğızıstanın Bişkek şəhərindəki Kojomkula İdman Sarayında baş tutacaq.

Bu barədə Publika.Az-a Kikboksinq üzrə Azərbaycan milli komandasının rəisi Sadıx Bağırov məlumat verib:

“Yarışa federasiyamızın prezidenti, millət vəkili Adil Əliyevin dəstəyi və rəhbərliyi ilə yola düşəcəyik. Bundan əlavə baş məşqçi Ehram Məcidov, vitse-prezident Güloğlan Cabbarov, Gənclər və İdman Nazırliyinin nümayəndəsi Tofiq Eyvazov və mən yola düşən idmançıların başında olacağıq. Tam peşəkar bir döyüş keçiriləcək. Həmin turnirə bizdən 13 müxtəlif çəki dərəcəsində olan peşəkar idmançılar qatılacaq. Yarışa qatılanlar içərisində tanınmış idmançılar çoxdur. Turnirə yola düşən idmançılar - Pərviz Abdullayev(kobra ləbli), Ramal Aslanov, Anar Məmmədov, Elşən Vəliyev, Allahyar Şabanov, Emil Mövsümzadə, Ağalar Sadıqzadə , Zamiq Atakişiyev, Nahid Əsədov, Ramiz Məmmədov, Naib Hacıyev olacaq”.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm