İdman
İslam Oyunları üçün könüllülərin qəbulu başladı
2017-ci il 12-22 may tarixlərində Bakıda baş tutacaq 4-cü İslam Həmrəyliyi Oyunları nəzdində fəaliyyət göstərəcək Könüllülük Proqramına qeydiyyata start verildi.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, növbəti il ölkəmizdə keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarında könüllü fəaliyyətinə qoşulmaq istəyən hər kəsin rəsmi internet səhifəsində (http://baku2017.com/volunteers) qeydiyyatdan keçməsi, müsahibə və təlimlərdə iştirakı mütləq sayılır.
Könüllü olaraq seçiləcək gənclər, İslam Həmrəyliyi Oyunlarının keçirilməsində müxtəlif sahələrdə, o cümlədən qonaqların qarşılanması, akkreditasiya, media, idman, texnologiya, nəqliyyat, məkanın idarə olunması, işçi qüvvəsi, milli olimpiya komitələri, təhlükəsizlik və protokol kimi sahələrdə fəal çalışaraq böyük təcrübə əldə edəcəklər.
Beləliklə, Bakı-2017 İslam Oyunları Əməliyyat Komitəsi fəal və həvəsli, məsuliyyətli, yardımsevər və xeyirxah, mehriban və gülərüz, ünsiyyət qurmağı bacaran, komandada işləmək bacarığı olan hər kəsi IV İslam Həmrəyliyi oyunlarının bir parçası olmağa dəvət edir.
Könüllü olmaq üçün müraciət etmək istəyən namizədlər http://baku2017.com/volunteers səhifəsində qeydiyyatdan keçə bilərlər. Qeydiyyat prosesini tamamlamış namizədlər müsahibə mərhələsindən uğurla keçdikdən sonra əməliyyat komitəsinin peşəkarları tərəfindən verilən bir sıra təlimlərə cəlb olunacaqlar və bununla da onlar könüllülük fəaliyyəti üçün tələb olunan yüksək göstəricilərə yiyələnəcəklər.
Oyunlar zamanı könüllülər aşağıdakıları əldə edəcəklər:
Unudulmaz və maraqlı təcrübə;
Komandada işləmək imkanı;
Yeni münasibətlər və dostluqlar;
Azərbaycanı təmsil etmək imkanı;
Xüsusi mükafatlandırma tədbirlərinə dəvət;
Rəsmi uniforma;
Sertifikat.
Son dövrlərdə beynəlxalq tədbirlərin uğurla keçirilməsində minlərlə könüllünün rolu əvəzolunmazdır. İslam ənənələrini özündə əks etdirən müasir və fəal cəmiyyətin yaşadığı paytaxt Bakıda belə bir dünyamiqyasli idman tədbirinin təşkili və uğurla həyata keçirilməsi üçün 8 min fəal könüllünün cəlb olunması nəzərdə tutulur.
-
Hadisə00:15Bakıda ağır ekran adamların üzərinə aşdı: xəsarət alan var - VİDEO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bütün detalları diqqətlə yoxlayın
-
Kriminal20 Sentyabr 23:12Göygöldə dəhşətli qətl
-
Magazin220 Sentyabr 21:48İki məşhur xanımın arasında nələr baş verir? - “Heç vaxt belə bir əlaqə yaşamamışam”
-
Qarabağ 20 Sentyabr 21:00Xankəndidə şəhər günü atəşfəşanlıqla qeyd olundu - FOTO
-
Magazin120 Sentyabr 20:12Zaur Kamalın vəziyyəti pisləşdi
-
Magazin120 Sentyabr 19:24Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
-
Qarabağ 20 Sentyabr 18:24Xankəndidə Şəhər Günü belə qeyd edildi - FOTO


















.jpg)
















