İdman
Messi formasını bağışladığı əfqan uşaqla görüşdü - - FOTO/VİDEO
Əfqanıstanın azyaşlı sakini, üzərinə "Barselona" klubunun və Argentina yığmasının futbolçusu Lionel Messinin adı yazılmış "köynəyi"nə görə internet ulduzu olmuş Mürtəza Əhmədi öz pərəstişgarı ilə görüşüb.
Publika.az xəbər verir ki, bu barədə "The Guardian" yazıb. Məlumata görə, 2022-ci ildə Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatının təşkilat komitəsi Messiylə onun kiçik azarkeşinin videogörüntülərini yayıb. Görüş əmirliyin paytaxtı Dohada olub. Argentinalı futbolçu bura yerli klubla "Barselona"nın yoldaşlıq matçına gəlib.
Xatırladaq ki, əfqanıstanlı uşağın sellofan paketdən hazırlanmış futbolçu "köynəyi" bu ilin yanvarında internetdə məşhur olub. Həmin vaxt Əfqanıstanın Futbol Federasiyası futbolçuyla onun azyaşlı pərəstişkarının görüşünü təşkil etməyə söz vermişdi. Fevralda isə Messi oğlana avtoqrafı ilə birlikdə Argentina yığmasının əsl formasını göndərdi.
Qeyd edək ki, Messinin öz futbolçu köynəyini hədiyyə etdiyi oğlanın ailəsi uşağın həyatı üçün yaranmış təhlükəyə görə Əfqanıstandan qaçıb.
-
ABŞ11:58Ukrayna daha çox ərazi itirə bilər - Tramp
-
Magazin110:18Niyaməddin Musayevin qızı polkovnik imiş: Uzun müddət...
-
Dünya09:12Sülhə doğru addım: Putin və Uitkoff bu məsələdə razılaşıblar
-
MDB08:48Rusiyanın şəhəri "qara qar"la örtüldü - VİDEO
-
Avropa07:47HAVA LİMANINA SIZMA - Kanslerin təyyarəsini sıradan çıxarmaq istədilər
-
Avropa06:16Zelenski və həyat yoldaşının varidatı açıqlandı
-
İdman04:44"Real Madrid" ekoloji cinayətdə ittiham olundu
-
Magazin104:14Tolikin efirdə halı pisləşdi, xəstəxanaya yerləşdirildi - VİDEO












.jpg)





.jpg)






.jpg)











