İdman
İran DÇ-2026 ilə bağlı son qərarını açıqladı
İran milli komandası Yaxın Şərqdəki gərginliyə baxmayaraq 2026-cı il futbol üzrə dünya çempionatını boykot etməyəcək.
Publika.az xəbər verir ki, bunu İran Futbol Federasiyasının prezidenti Mehdi Tac bəyan edib.
"Millimiz hazırda Türkiyədə təlim-məşq toplanışındadır, burada iki yoldaşlıq oyunu keçirəcəyik. Biz ABŞ-ı boykot edəcəyik, amma dünya çempionatını boykot etməyəcəyik", - deyə Tac bildirib.
O, ilk açıqlamasında İran millisinin mundiala qatılmayacağını bildirmişdi. Daha sonra isə fikirlərini dəyişərək oyunlarının ABŞ-dan Meksikaya keçirilməsi ilə bağlı danışıqlar aparıldığını bildirmişdi.
Qeyd edək ki, 2026-cı il dünya çempionatı ABŞ, Meksika və Kanadada 11 iyun - 19 iyul tarixləri arasında keçiriləcək.
Heybət
-
Magazin103:13"Pulumu ən çox onlara xərcləyirəm"
-
Qoroskop00:15Günün ULDUZ FALI - Gizli qalmış duyğuları bölüşə bilərsiniz
-
Sosial00:00Dolu yağanda maşınlar bu vəziyyətə düşdü - VİDEO
-
Magazin126 May 23:36İlk dəfə qızından danışdı
-
Sağlamlıq26 May 23:24Bu saatdan sonra yemək yemək qəti qadağandır - XƏBƏRDARLIQ
-
ABŞ26 May 23:00Tramp tibbi müayinəsinin nəticələrini açıqladı
-
Elm və təhsil26 May 21:50Buraxılış imtahanında maksimum nəticə - 300 balı onlar topladılar
-
İdman26 May 21:24Sabiq müdafiəçisi 48 yaşında vəfat etdi - FOTO




































