Daha bir məşhur futbolçu subaylığın daşını atdı - - FOTO
Bizi izləyin

İdman

Daha bir məşhur futbolçu subaylığın daşını atdı - - FOTO

Daha bir məşhur futbolçu subaylığın daşını atdı - - FOTO

“Arsenal”ın futbolçusu Qranit Caka evlənib.

Publika.az xəbər verir ki, isveçrəli futbolçu Leonita Lekayla ailə həyatı qurub. Caka toy mərasimindən çəkilmiş şəkli “instaqram” səhifəsində paylaşıb.

Futbolçu Lekayla yeniyetmə yaşlarından tanış idi.

Yarımmüdafəçi “Arsenal”a ötən yay Münhenqladbax “Borussiya”sından keçib. O, ötən mövsüm “Arsenal”ın heyətində 32 oyun keçirib, 2 qol vurub, 2 qol ötürməsi edib.

24 yaşlı futbolçu mövsüm ərzində 5 dəfə sarı, 2 dəfə qırmızı vərəqə ilə də cəzalandırılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm