Polşa təmsilçisi "Sumqayıt"la mübarizədən imtina etdi
Bizi izləyin

İdman

Polşa təmsilçisi "Sumqayıt"la mübarizədən imtina etdi

Türkiyənin Antalya bölgəsində hazırlıq keçən “Sumqayıt”ın Polşa təmsilçisi "Poqon"la yoxlama görüşü baş tutmayacaq.

Publika.az xəbər verir ki, Polşa klubu öncədən planlaşdırılmış matçdan imtina edib.

Buna görə "Sumqayıt" Rumıniya təmsilçisi “Konkordiya” ilə qarşılaşacaq. Görüş sabah Bakı vaxtı ilə 17:00-da başlayacaq. Qarşılaşma “The Sense De Luxe” otelinin stadionunda keçiriləcək.

Qeyd edək ki, "Konkordiya"nın daha əvvəl yanvarın 25-də "Neftçi" ilə qarşılaşacağı bildirilirdi.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm