Albaniyadan qalmaqalla geri qayıdan Rauf Əliyev transfer olundu
Bizi izləyin

İdman

Albaniyadan qalmaqalla geri qayıdan Rauf Əliyev transfer olundu

Albaniya təmsilçisi "Kukesi”dən qalmaqallı şəkildə ayrılan həmyerlimiz Rauf Əliyev “Qəbələ” ilə razılığa gəlib.

Publika.az xəbər verir ki, 29 yaşlı hücumçu 2019-cu ilin yayına qədər komandanın şərəfini qoruyacaq.

O, 2017-ci ilin ikinci yarısından etibarən legioner həyatı yaşayıb. Rauf karyerası ərzində "Qarabağ” (2006-2013), "Bakı” (2013-2014), "Xəzər Lənkəran” (2014-2015), "Neftçi” (2015), "İnter” (2015-2017) klublarının da formasını geyinib.

Rauf Əliyev 2010-cu ildə debüt etdiyi Azərbaycan yığmasında keçirdiyi 45 oyunda 7 qol vurub.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm