İdman
Donald Tramp İran millisinin ayaqqabılarını əlindən aldı
ABŞ prezidenti Donald Trampın İrana qarşı tətbiq etdiyi iqtisadi və maliyyə sanksiyaları İranın futbol üzrə milli komandasını pis vəziyyətdə qoyub.
Publika.az xəbər verir ki, milli komanda Dünya Çempionatında “Nike” şirkətinin butslarını geyinə bilməyəcək.
Dünya Çempionatının başlanmasına sayılı günlər qalmış futbol komandaları forma və butslarından tutmuş, məşq alətlərinə qədər hər ehtiyacını tədarük edən “Nike” şirkəti İranın millisini məhsulla təmin etməkdən imtina edib. Buna səbəb ABŞ-ın İranla əldə etdiyi nüvə razılşamasından çəkilməsi və bundan sonra tətbiq etdiyi sanksiyaların qüvvəyə minməsi olub.
Komandanın baş məqşçisi Karlos Queriroz isə şirkətə sərt reaksiya verib. O bildirib ki, futbolçular məşqlər zamanı öz əşyalarına uyğunlaşırlar, buna görə də bu qədər vacib oyunlardan bir həftə öncə onların əşyalarını dəyişmək doğru deyil. Məşqçi qeyd edib ki, bu mövzuda FİFA-ya müraciət edəcəklər.
Şirkət daha öncə verdiyi açıqlamada “Ağ Evin tətbiq etdiyi sanksiyalar bir Amerika şirkəti olaraq, hazırda İran milli komandasına ayaqqabı satmayacağımız anlamına gəlir” ifadələrini işlətmişdi.
İran millisinin formaları isə “Nike” şirkətinin əsas rəqibi sayılan Almaniya şirkəti “Adidas” tərəfindən təmin edilir.
Qeyd edək ki, İran təmsilçisi Dünya Çempionatı çərçivəsində bu həftənin cümə günü Litvaya, 20 iyunda isə İspaniyaya qarşı oynayacaq.

Zümrüd
-
Nida Təhlil 16:36Erməni lobbiçilərindən dəstək, xarici fondlardan pul - “Mühacirlər”in növbəti fiaskosu
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur













.jpg)





















.jpg)
.jpg)

