İdman
Bir ay yatmaq qadağandır!
Bu gün hər kəsin səbirsizliklə gözlədiyi futbol üzrə XX dünya çempionatı başlayır.
Publika.az xəbər verir ki, Braziliyanın ev sahibliyi etdiyi mundial bu gün Bakı vaxtı ilə gecə saat 01.00-da A qrupunun Braziliya - Xorvatiya oyunu ilə start götürəcək. Mütəxəssislər iddia edir ki, "sambaçılar"ın bu matçda işi heç də asan olmayacaq. Çünki bir yandan yerli azarkeşlərin qələbə istəyi, digər yandan da bəzi braziliyalıların dünya çempionatına ev sahibliyi məsələsinə etirazlar futbolçulara psixoloji gərginlik yarada bilər.
Heç şübhəsiz ki, açılış oyununda əsas ümid bəslənilən futbolçuladan biri “Barselona”nın ulduzu Neymar olacaq. Dani Alveş, Marselo, Tiyaqo Silva, David Luiz , Halk kimi adlar da ev sahiblərinin qalibiyyətində böyük pay sahibi olmağa qadirdi.
Digər tərəfdə adı “Barsa” ilə hallanan İvan Rakitiç, “Real”Madridin əsas heyət üzvlərindən olan Luka Modriç kimi futbolçular da Xorvatiya millisində yer alırlar.
DÇ-2014
Qrup mərhələsi
A qrupu
01.00 Braziliya- Xorvatiya
Hakimlər: Yuişi Nişimura, Toru Saqara, Toşiyuki Naqi (Yaponiya), Əlirza Fəqani (İran).
San Paulo. "San Paulo Arena".
13 İyun
A qrupu
21:00. Meksika – Kamerun
B qrupu
00:00. İspaniya – Hollandiya (iyunun 13-dən 14-nə keçən gecə)
03:00. Çili – Avstraliya (iyunun 13-dən 14-nə keçən gecə).
-
Region20:24İranın yeganə PUA daşıyıcısı məhv edildi
-
Magazin220:12Türk ulduza nə olub? - “Yemək belə yemək istəmirəm”
-
Yaxın Şərq19:24İraq ən böyük neft yatağında neft hasilatını dayandırdı
-
Sosial18:20Sabah 1600 abonentin qazı kəsiləcək
-
Sosial16:27Qar yağacaq – Xəbərdarlıq
-
Magazin216:02Xalq artistinin son durumu: Əsa ilə gəzir - VİDEO
-
Hadisə15:52Laçın-Şuşa yolunda ağır qəzada yaralananların durumu açıqlandı - Yeniləndi/Foto
-
Rəsmi xronika15:03İlham Əliyev açıqladı: Bu yaxınlarda Türkiyədə...





















.jpg)








.jpg)







