"Səbail" "Sumqayıt"ı məğlub etdi
Bizi izləyin

İdman

"Səbail" "Sumqayıt"ı məğlub etdi

Futbol üzrə Azərbaycan Premyer Liqasında VII turun daha bir oyunu keçirilib.

Publika.az xəbər verir ki, "Bayıl Arena"da "Səbail" "Sumqayıt"ı qəbul edib.

Matç meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Komandanın qollarına Fəhmin Muradbəyli və Ruslan Qurbanov imza atıblar. Onlar müvafiq olaraq, 4 və 32-ci dəqiqələrdə fərqləniblər.

R.Qurbanov 9-cu dəqiqədə penaltidən yararlana bilməyib. Onun zərbəsini rəqib qapıçı dəf edib.

Bu nəticədən sonra "Sumqayıt", "Səbail" və "Sabah" 10 xalla 3-5-ci pillələri bölüşür.

Turun ilk oyununda "Zirə" "Qəbələ"ni məğlub edib - 1:0. "Neftçi" hazırda "Sabah"la birinci hissəsi oynanılan görüşdə 1:0 hesabı ilə öndədir. "Keşlə" - "Qarabağ" qarşılaşması isə təxirə salınıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm