İdman
FİFA prezidenti: "Superliqada oynayan futbolçular dünya çempionatına buraxılmayacaq"
Beynəlxalq Futbol Federasiyası (FIFA) yeni turnirdə (Avropa Superliqası) çıxış edən futbolçuları Dünya Çempionatına buraxmayacaq.
Publika.az Trend-ə istinadən xəbər verir ki, bu barədə FIFA-nın prezidenti Canni İnfantino bildirib.
C.İnfantino yeni futbol liqasında çıxış edəcək futbolçuların Dünya Çempionatından, Avropa Çempionatından, milli liqalardan uzaqlaşdırılacaqlarını bildirib: "Ya siz bizimləsiniz, ya da gedin"
Xatırladaq ki, noyabrın 3-ü "Spiegel" jurnalı Avropanın aparıcı futbol klublarının elit futbol liqasının yaradılması üzərində işlədikləri barədə məlumat yaymışdı.
Jurnalın məlumatına əsasən, aralarında "Bavariya", "Borussiya Dortmund", "Real Madrid", "Yuventus", "Arsenal", "Barselona" və "Milan" olan klublar artıq 3 ildir bu cür Superliqanın yaradılması ilə bağlı danışıqlar aparırlar. Bu ay top-klublar niytyətləri haqqında birgə bəyanat imzalamaq istəyirlər.
Yeni layihəyə əsasən, 11 klub UEFA-dan çıxacaq və öz turnirini təşkil edəcək. Onlar 20 il ərzində çempionatdan qıraq qalma ehtimalı olmadan orada iştirak hüququ qazanacaqlar. Daha beş komanda liqaya qonaq qismində dəvət olunacaq. Turnirdə ümumilkdə 16 klub iştirak edəcək.
Superliqanın yaradıcıları İspaniyanın "Real Madrid", "Barselona", İngiltərənin "Mançester Yunayted", "Mançester Siti", "Çelsi", "Arsenal", "Liverpul", Fransanın "PSJ", İtaliyanın "Milan", "Yuventus" və Almaniyanın "Bavariya" klublarıdır. Dəvət olunan klubların İspaniyanın "Atletiko Madrid", Almaniyanın "Borussiya Dortmund", Fransanın "Marsel" və İtaliyanın "İnter" və "Roma" olması planlaşdırılır.
"Spiegel" həmçinin bildirib ki, "Bavariya" belə planlar əsasında 2016-cı ilin fevralında vəkillər bürosundan hüquqi cəhətdən klubun Almaniya "Bundesliqa"sından çıxışının mümkünlüyünü yoxlamağı istəyib.
-
ABŞ19:00ABŞ-da Hellouin dəhşəti: onlarla insan güllələndi
-
Hadisə18:5017 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
-
Hadisə18:40Şəkidəki kanat faciəsinə görə iki nəfər həbs olundu
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...































.jpg)
.jpg)

