"Fənərbağça" transferdə bomba partladacaq
Bizi izləyin

İdman

"Fənərbağça" transferdə bomba partladacaq

Türkiyəli gənc ulduz Emre Mor “Fənərbağça”ya transfer ola bilər.

Publika.az xəbər verir ki, formasını geyindiyi “Selta Viqo”da əsas heyətdən kənarda qalan futbolçu karyerasını dirçəltmək üçün vətəninə qayıtmaq niyyətindədir.

“Fənərbağça” da İspaniya klubu ilə başlatdığı danışıqları son mərhələyə yaxınlaşdırmaqdadır. “Sarı-lacivərdlər” icarəyə götürüb daha sonra transfer hüququnu almaq yolu ilə Emreni rənglərinə bağlamaq istəyir. Emre Mor isə milli komandanın vazkeçilməzi olmaq üçün “Fənərbağça”nı çıxış yolu olaraq görür.

Qeyd edək ki, Emre Mor “Dortmund”dan “Selta Viqo”ya 13 milyon avro qarşılığında transfer olmuşdu. Onun hazırkı klubu ilə 2020-ci ilə qədər müqavilə müddəti var.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm