İdman
Onların gedişi adamı yandıracaq
Dünya çempionatında qrup mərhələsinin qarşılaşmaları yekunlaşdı.
Sabah 1/8 final mərhələsinə start veriləcək. Heç şübhəsiz, azarkeşlər qrup oyunlarından böyük zövq aldılar. Baxmayaraq ki, bütün qruplar eyni səviyyədə deyildi. Həddindən artıq güclü və zəif qruplar olması danılmaz fakt idi. Ancaq hər qrupda yadda saxlaya biləcəyimiz oyunlar oldu. Elə 1/8 final mərhələsində də cütlüklər eyni səviyyədə deyil.
Elə cütlüklər var ki, qarşılaşmanın ranqı adamı heyrətləndirir. Elə cütlüklər də var ki...
Braziliya – Çili, Kolumbiya – Uruqvay, Hollandiya – Meksika qarşılaşmalarından böyük zövq alacağınızı düşünürük. Ancaq həm də elə indidən heyifsilənirik. Çempionatı 3 möhtəşəm komanda tərk edəcək. Bu komandaların hər biri qrup mərhələsində parlaq oyun göstərib. Hər birinin də növbəti mərhələyə adlamaq haqqıdı. Səd heyf, 3-ü bu haqqa sahib olacaq.
Ancaq elə cütlüklər də var ki, adam “heç insafdandır ki, Meksika çempionatı tərk etsin, bunlar qalsın” deməyə bilmir.
Kosta Rika – Yunanıstan cütlüyü buna bariz nümunə. Düzdü, Kosta Rika qrup oyunlarında möhtəşəm çıxış etdi. Bu ölkə mundialda bütün planeti heyrətləndirə bildi. Amma inanmırıq ki, bundan sonra da heyrətləndirə bilsin. Yunanıstan özünün baxımsız futbolu, amma bic taktikası ilə yəqin ki, bu kiçik ölkəni mübarizədən kənarlaşdıracaq. Bax, onda Braziliya, Çili, Kolimbiya, Hollandiya, Meksika kimi komandalardan üçünün çempionatı tərk etməsi adamı lap yandıracaq.
Təki Kosta Rika planeti bir daha heyrətləndirə biləydi. Təki 1/4 finalda Yunanıstanı görüb, mundial gözümüzdən düşməyəydi.
Dügər cütlüklərdə də gərgin rəqabətin yaşanacağını gözləmirik. Boyundan yuxarı hoppanan komandalar – ABŞ, Əlcəzair, İsveçrə və Nigeriyaya “həvəsdi, bəsdi” deyəcək Almaniya, Fransa, Argentina, Belçika.
Bütün hallarda FİFA mundialın püşakatma sistemində təkmilləşdirmə aparmalıdır. Aparmalıdır ki, həm qruplarda, həm də növbəti mərhələlərdə güclülər bir-birini didməsin.
1/8 finalda adamı heyrətləndirəcək cütlüklər var. Ancaq həm də adamı təəccübləndirəcək cütlüklər də var. İnanaq ki,1/4 finalda ancaq azarkeşləri heyrətləndirəcək cütlüklər olacaq.
Amma bütün hallarda yenə də “haqq edən qalib gəlsin” deməliyik. Haqq edən qalib gəlsin ki, sağlam idman prinsipi pozulmasın. Sağlam idman prinsipi pozulmasın ki, futbolu sevməkdə davam edək.
Natiq Muxtarlı
-
ABŞ07:35ABŞ İran dronlarını tutmağın yolunu tapdı - Müharibədə yeni mərhələ
-
Dünya03:43İlber Ortaylının vəsiyyəti ortaya çıxdı
-
Dünya03:19Müharibədə ilk yaşandı: Bəhreyndən İrana ballistik raket atıldı
-
Qoroskop01:40Günün ulduz falı: Sevgidə gizli hisslər üzə çıxa bilər
-
Hadisə13 Mart 23:55Tibb bacısı dedi ki, ciyər kababı al gətir... - Doğuşdan sonra ölən Röyanın qohumları danışdı
-
Elm və təhsil13 Mart 22:06Buraxılış imtahanı sualları ilə bağlı şikayətlərə DİM sədrindən cavab
-
ABŞ13 Mart 20:48Müharibəni sümüklərimdə hiss etdiyim zaman... - Trampdan anons
-
Hadisə13 Mart 20:00Bakıda bu ərazidə yanğın baş verdi - Yeniləndi



































