İdman
Ermənilər BUNU DA ETDİ: Qarabağda Avropa futbol çempionatı...
Ermənistan tərəfindən işğala məruz qalan Azərbaycanın Dağlıq Qarabağ bölgəsində futbol çempionatı keçiriləcək.
Publika.az xəbər verir ki, aralarında Abxaziya, cənubi Osetiya, Donetsk və Luqansk Xalq Respublikalarının olduğu ölkələrdən 12 futbol komandası rəsmi şəkildə tanınmayan qondarma "Dağlıq Qarabağ respublikası"nda qeyri-qanuni Avropa çempionatı keçirəcək.
BMT tərəfindən tanınmayan ölkələrin komandaları arasında baş tutacaq Avropa kubokunun püşkatmaları Müstəqil Futbol Federasiyaları Konfederasiyasının (ConIFA) internet saytı vasitəsilə elan edilib.
Püşkatmalara görə, komandalar üçlü çəkildə dörd qrupda mübarizə aparacaq. Çempionat iyun ayında start götürəcək.
Dağlıq Qarabağın komandaları ilk qrupda yer alıb.
Qeyd edək ki, çempionatın son turniri İngiltərədə keçirilmişdi.
Xatırladaq ki, ConIFA 2013-cü ildə qurulub. Konfederasiya BMT tərəfindən tanınmayan ölkələrin və qismən də avtonom dövlətlərin, etnik toplumların futbol federasiyalarını birləşdirir. Mərkəzi İsveçrədə yerləşir.
Zümrüd
-
Sosial02:42Bakının bu ərazisində söküntüyə hazırlıq gedir: Kompensasiya veriləcək? - Video
-
Magazin100:45Natiq Şirinov yeni doğulan nəvəsi ilə - Video
-
Qoroskop00:15Günün ulduz falı - Estetik zövq axtarışında olacaqsınız
-
Nəqliyyat00:00Bakı-Sumqayıt yolundakı tıxac problemi belə həll olunacaq - Video
-
İdman28 Noyabr 22:48Valdas Dambrauskas: “Qız Qalasının yanında stadion tikməliyik?”
-
Region28 Noyabr 22:00Gözəlliyi ilə gündəm olan Gülümün həyat hekayəsi üzə çıxdı - FOTO
-
Sosial28 Noyabr 21:36Bakıda stilist doğuşdan sonra vəfat etdi - VİDEO
-
Magazin228 Noyabr 20:24Fədayə Laçın Azərbaycana qayıdır

































