FİFA Trampın Sülh Mükafatını ləğv edə bilər
Bizi izləyin

İdman

FİFA Trampın Sülh Mükafatını ləğv edə bilər

FİFA Trampın Sülh Mükafatını ləğv edə bilər

Beynəlxalq Futbol Federasiyası (FİFA) 2025-ci ildə təsis etdiyi sülh mükafatından imtina etməyə meyllidir.

Publika.az xəbər verir ki, bu barədə "The New York Times" məlumat yayıb.

Təşkilatın iki yüksək vəzifəli rəsmisinin sözlərinə görə, qərara yenidən baxılmasının əsas səbəbi mükafatın siyasi maraqlara xidmət etməsi ilə bağlı narahatlıqlardır. Söhbət FİFA prezidenti Canni İnfantinonun mükafatın hazırda yeganə laureatı olan ABŞ Prezidenti Donald Trampla sıx əlaqələrindən gedir. Bundan əlavə, gələcəkdə bu mükafata layiq namizədin kim ola biləcəyi ilə bağlı da şübhələr yaranıb.

Mükafatın tarixçəsi 2026-cı il dünya çempionatının dekabr ayında Vaşinqtonda keçirilən püşkatma mərasimi zamanı Trampa təqdim edilməsi ilə başlayıb. FİFA mükafatın futbolun humanitar missiyasını vurğulamaq məqsədi daşıdığını bəyan etsə də, Trampın seçilməsi ilə bağlı qərar geniş tənqidlərə səbəb olub. Hüquq müdafiəçiləri və futbol ictimaiyyəti seçim prosesinin qeyri-şəffaflığına və açıq siyasi məzmun daşımasına diqqət çəkiblər.

Hazırda məsələ müzakirə mərhələsindədir: FİFA Şurası artıq müvafiq komitəyə mükafatın mövcudluğunun məqsədəuyğunluğunu araşdırmağı tapşırıb. Yekun qərarın dekabrın 15-də Qətərdə keçirilməsi planlaşdırılan növbəti Şura iclasında qəbul ediləcəyi gözlənilir.

Bundan əvvəl FİFA prezidentinin təşkilatın ABŞ Prezidenti Donald Trampla əlaqələrinin araşdırılması çərçivəsində ABŞ Konqresinə çağırıla biləcəyi barədə məlumat yayılmışdı.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm