İdman
Bu gecə bütün dünyanın gözü İspaniyada olacaq
Bu gün İspaniya kubokunun yarımfinal mərhələsinin cavab oyunlarına start veriləcək.
Publika.az xəbər verir ki, final uğrunda mübarizədə azarkeşlər ilk olaraq “El Klassiko” həyəcanı yaşayacaq.
Əzəli rəqiblər "Barselona" və "Real Madrid" komandaları sonuncu dəfə İspaniya liqası çərçivəsində 6 fevralda görüşmüşdü. Bu gün kubok uğrunda mübarizə aparacaq komandalardan biri müəyyən itkilərlə qarşılaşıb. Belə ki, “Barselona”da müdafiəçilər Ceyson Murilyo, Tomas Vermalen, yarımmüdafiəçilər Serxi Samper və Kevin Boatenq zədəlidir. Buna görə də bu “El Klassiko”da komandalarına kömək edə bilməyəcəklər.
Madrid klubunda isə ciddi itki yoxdur.
Qeyd edək ki, “Barselona”nın ev sahibliyi etdiyi ilk oyun 1:1 hesabı ilə başa çatmışdı. Buna görə də “Real”ın bu gün öz evində sərfəli nəticə əldə etməsi şansı daha çoxdur.
Yarımfinal mərhələsinin digər cavab oyunu isə sabah "Valensiya" və "Betis" arasında baş tutacaq.
“El Klassiko” Azərbaycanda “İdman Azərbaycan” kanalı vasitəsilə canlı yayımlanacaq.
İspaniya Kuboku
Yarımfinal / Cavab oyunları
00:00."Real Madrid" - "Barselona"
Baş hakim: Xose Mariya Sançes Martines
Stadion – “Santiyaqo Bernabeu”
Zümrüd
-
Avropa08:12Avropada poliqonda partlayış - Çox sada yaralı var
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi



































.jpg)


