Dünya
3I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
Günəş sisteminə xaricdən gələn üçüncü məlum obyekt olan ulduzlararası komet 3I/ATLAS, ehtimal ki, öz ulduz sisteminin son dərəcə soyuq bir bölgəsində əmələ gəlib.
Publika.az xəbər verir ki, bu, onun quyruğunda azotun qeyri-adi dərəcədə yüksək miqdarda olması ilə əlaqələndirilir.
Astronomların qiymətləndirməsinə görə, kometin yarandığı yerdə temperatur −240 °C-dən aşağı olub.
Astronomlara 3I/ATLAS-ın kimyəvi tərkibini araşdırmaqda Kanar adalarında yerləşən William Herschel teleskopu və onun üzərində quraşdırılmış WEAVE spektroqrafı kömək edib. Bu cihaz spektroskopiya aparmağa, yəni işığı dalğa uzunluqlarına görə təhlil etməyə və xarakterik spektral xətlər vasitəsilə mövcud kimyəvi elementləri müəyyən etməyə imkan verir.
3I/ATLAS-ın əvvəlki müşahidələri əsasən komaya - Günəş istiliyinin kometin buzunun buxarlanmasına səbəb olması nəticəsində onun ətrafında yaranan qaz təbəqəsinə yönəlmişdi. Lakin Günəşə yaxınlaşdıqca müşahidələr üçün daha bir mühüm hissə - quyruq meydana çıxır.
Günəş küləyi yüksək enerjili hissəciklər axınıdır. Kometin maddəsinin molekulları ilə toqquşarkən bu hissəciklər həmin molekullardan elektronları qoparır və onları yüklü hissəciklərə - ionlara çevirir. Bu ionların tərkibi müəyyən edilərsə, kometin kimyəvi tərkibi haqqında, onun komasının müşahidəsi zamanı hər zaman əldə edilməsi mümkün olmayan məlumatlar almaq olar.
Bu, xüsusilə 3I/ATLAS üçün əhəmiyyətli idi. 2019-cu ildə astronomlar artıq başqa bir ulduzlararası obyektin — 2I/Borisov kometinin quyruğunda ionlar aşkar etmişdilər, lakin həmin vaxt onların konkret hansı hissəciklər olduğunu etibarlı şəkildə müəyyən edə bilməmişdilər.
2023-cü ildən fəaliyyət göstərən WEAVE 3I/ATLAS üzərində belə təhlil aparmaq üçün kifayət qədər həssas olub. 2025-ci ilin sonunda aparılan müşahidələr tədqiqatçılara kometin quyruğunda azot, karbon qazı və dəm qazı ionlarını aşkar etməyə imkan verib.
Azotun miqdarı qeyri-adi dərəcədə yüksək olub
Xüsusilə azotla dəm qazının nisbəti maraq doğurub. Bu nisbət kometin formalaşdığı temperatur və şərait barədə bir növ ipucu verə bilər.
Azotun dəm qazına nisbəti nə qədər yüksəkdirsə, bir qayda olaraq, obyektin doğulduğu yer bir o qədər soyuq olub. 3I/ATLAS-da bu nisbət Günəş sistemində tədqiq edilmiş kometlərin əksəriyyətindəkindən əhəmiyyətli dərəcədə yüksəkdir.
Bu məlumatlar əsasında Nortumbriya Universitetindən Lea Ferellekin rəhbərlik etdiyi komanda kometin formalaşdığı bölgədə temperaturun −240 °C-dən aşağı olduğunu qiymətləndirib.
Bu o deməkdir ki, 3I/ATLAS, böyük ehtimalla, öz doğma ulduz sisteminin xarici hissələrində, ulduzdan o qədər uzaqda formalaşıb ki, onun işığı ətraf mühitə demək olar ki, təsir göstərməyib.
Yad planetar sistemə açılan pəncərə
3I/ATLAS-ın dəqiq mənşəyi hələ də məlum deyil. Lakin onun kimyəvi tərkibi başqa bir ulduz sistemində mövcud olmuş şəraitə nəzər salmaq üçün nadir imkan yaradır.
Kometlər planetar sistemlərin formalaşdığı materialı qoruyub saxlayırlar. Buna görə də onların tərkibinin öyrənilməsi uzaq keçmişdə mövcud olmuş şəraitin ən azı bir hissəsini bərpa etməyə imkan verir.
3I/ATLAS üçün bu xüsusilə dəyərlidir: Günəş sisteminin kometlərindən fərqli olaraq, o, başqa bir ulduzun ətrafında formalaşıb, daha sonra öz sistemini tərk edib və çox uzun müddət keçdikdən sonra Günəşin yaxınlığında peyda olub.
“Bu obyekt bizə tamamilə başqa bir planetar sistemdə formalaşmış maddəni öyrənmək üçün nadir imkan verir”, — Ferellek bildirib. Onun sözlərinə görə, belə obyektlərin hər biri başqa ulduzların ətrafında planetlərin necə formalaşdığını daha yaxşı anlamağa kömək edir.
Komandanın araşdırması sentyabrın 7-də Monthly Notices of the Royal Astronomical Society jurnalında dərc olunub.
Hüseyn İbadlı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu
-
Nida Xəbər 17 Sentyabr 19:50Nəsimi buranı görsə, hüsnünə heyran olardı - VİDEO















.webp)













.jpg)


