İdman
“Roma”da yeni baş məşqçi - RƏSMİ
“Roma” futbol klubunun yeni baş məşqçisi müəyyənləşib.
Publika.az xəbər verir ki, ötən gün Eusebio Di Françesko ilə yollarını ayıran paytaxt təmsilçisi bu gün sabiq baş məşqçisi Klaudio Ranyerini komandanın “sükanı arxasına” gətirib. Bu barədə “canavarlar”ın rəsmi saytı məlumat yayıb. İtaliyalı məşqçi ilə mövsümün sonunadək müqavilə imzalanıb.
Xatırladaq ki, Ranyeri 2009-2011-ci illər aralığında da “Roma”nı çalışdırıb. O, bir neçə gün öncə İngiltərənin “Fulhem” klubundan istefaya göndərilmişdi.
Son bir həftədə əzəli rəqibi “Latsio” ilə çempionat oyununda 0:3, “Portu” ilə Çempionlar Liqasının 1/8 final matçında 1:3 hesabıyla uduzan (ilk oyun 2:1) “Roma” bu uğursuzluqlara görə baş məşqçi Eusebio Di Françesko və idman direktoru Ramon Monçini istefaya göndərib. “Canavarlar” hazırda A Seriyasında 26 oyuna topladığı 44 xalla 5-ci sırada qərarlaşıb.

-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi




































.jpg)
.jpg)
