İdman
Çempionlar Liqasında ingilis finalı - VİDEO
Bu gecə Çempionlar Liqasında ikinci finalçı müəyyənləşib.
Publika.az xəbər verir ki, "Ayaks" və "Tottenhem" komandaları arasında Amsterdamda keçirilən qarşılaşmada ingilislər geridönüş etməyi bacarıblar.
Ev oyunda 1:0 hesabı ilə uduzan London təmsilçiləri səfər matçında 3:2 hesabı ilə qələbə qazanıb. İlk 2 qolu məhz "Ayaks" vurub. Kapitan Matteys De Liqt 5-ci, Hakim Ziyeş isə 36-cı dəqiqədə fərqlənib. Lakin fasilədən sonra "Tottenhem" fəallaşaraq, bu qolların əvəzini çıxıb. Lukas Moura 55 və 59-cu dəqiqələrdə fərqlənərək, hesabı bərabərləşdirib. London komandası finala yüksəlmək üçün lazım olan daha bir qolu isə 90+6-cı dəqiqədə vurub.
Bununla da, "Tottenhem" tarixində ilk dəfə qitənin ən nüfuzlu klub turnirinin finalına yüksəlib.
Qeyd edək ki, "Tottenhem" finalda "Liverpul" ilə üz-üzə gələcək. Final matçı iyunun 1-də Madriddəki "Vanda Metropolitano" stadionunda keçiriləcək.
8 may
"Ayaks" (Hollandiya) - "Tottenhem" (İngiltərə) - 2:3
Qollar: De Liqt, 5 (1:0), Zieş, 35 (2:0), L.Moura, 55, (2:1), 59 (2:2), 90+6 (2:3)
İlk oyun - 1:0
7 may
"Liverpul" (İngiltərə) - "Barselona" (İspaniya) - 4:0
İlk oyun 0:3
-
Nida Təhlil 16:36Erməni lobbiçilərindən dəstək, xarici fondlardan pul - “Mühacirlər”in növbəti fiaskosu
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur













.jpg)





















.jpg)
.jpg)

