İdman
"Onlar üçün qələbə qazanmağa çalışacağıq" - Sarri
"Əsas məsələ vaxt azlığıdır. Nqolo Kantenin dizində problem var idi. Əslində bu o qədər də ciddi zədə deyil. 3-4 günə tam hazır ola bilərdi. Sabah da çalışacağıq meydana çıxsın. Amma bu dəqiqə nəsə deyə bilmərik".
Bu sözləri "Çelsi"nin baş məşqçisi Mauritsio Sarri Avropa Liqasının finalında sabah "Arsenal"la Bakıda keçiriləcək görüş üçün təşkil edilən mətbuat konfransında deyib.
- Şanslar nə qədərdir?
- Dünən bəlkə 60/40-a olardı, amma bu gün 50/50-dir.
- Kante sabaha sağalmasa, işiniz necə olacaq?
- Yarımmüdafiədə bizimlə 3 oyunçu var. Nqolo bizim üçün olduqca vacib oyunçudur. Müdafiəyəmeyilli yeganə oyunçu odur. Əlimizdən gələni edirik ki, onu bərpa edək. Ümid edirəm ki, yetişəcək. Çünki Kantenin olmaması bizim üçün problemdir.
- İtaliyada deyirlər ki, bu, sizin "Çelsi" ilə sonuncu oyununuzdur...
- Biz əvvəlcə final barədə düşünməliyik. Əslində isə müqaviləmiz 3 illikdir.
- Mövsümün əvvəlində demişdiniz ki, yayda klub hara getsə, mən də ora gedəcəm...
- Fikrimi məndən yaxşı bilirsiniz. Bu gün ancaq final barədə danışsaq, yaxşı olar.
- Sabahkı oyun "Çelsi" üçün nə qədər vacibdir?
- ÇL-ə vəsiqədən daha önəmlidir. Biz artıq bu işin öhdəsindən gəlmişik. Sabah isə Avroliqanın finalında oynayırıq. Qələbə qazansaq, əla mövsüm keçirmiş olacağıq.
- Bəzi azarkeşləriniz Londondan Bakıya gələ bilmədi. Bununla bağlı nə deyə bilərsiniz?
- Bununla bağlı nəsə deyə bilmərəm. UEFA-ya müraciət etməlisiniz. Biz isə məyusuq. Ümid edirəm ki, azarkeşlərimiz burda olacaqlar. Olmasa da, çalışacağıq onlar üçün qələbə qazanaq.
- Bu, sizin üçün həyatınızın ən böyük anlarından biridirmi?
- Bilmirəm. Çünki məşqçinin keçirdiyi hisslər və jurnalistin hissləri fərqlidir. KİV üçün bu oyun həyatımın ən böyük anı kimi qeyd oluna bilər. Bu barədə sabah daha dəqiq danışa bilərəm.
- Məşqçi üçün Eden Hazard kimi oyunçu ilə işləmək necə hissdir?
- Eden Hazardın matç zamanı meydanda olmağı böyük üstünlükdür, həm də problemdir. Amma o, üzərində daha çox çalışmalıdır. Avropanın ən böyük oyunçusu ola bilər. Probelem ondan ibarətdi ki, o çox istedadlıdır. Bəzən məşqdə hər şey onun üçün elə asan olur ki, bizə çətin olur.
- Jiru “Arsenal”da da uzun müddət oynamış futbolçudur. Bu mövsüm isə yaxşı formadadır. Sabah o, sizin üçün nə qədər önəmli olacaq?
- Jirunun yoxluğu bizim üçün böyük problem ola bilərdi. Amma hələ qərar verməmişəm. Sabah daha dəqiq qərar verə bilərəm.
- “Çelsi”də ilk mövsümünüzdə 3-cü yeri tutdunuz. Siz “Çelsi”dən ayrılsanız, özünüzü xoşbəxt hesab edəcəksiniz?
- Mövsümün əvvəli mənim üçün çox çətin idi. Çünki oyunçularımla dil tapmaqda çətinlik çəkirdim. Fevraldan sonra isə onlar çox dəyişdilər, bəlkə də, mən dəyişdim. Amma hazırda 20-22 çox sevdiyim oyunçum var və gələcək qərarlarımda bunları nəzərə almalı olacam. Həm də mən Premyer Liqa futbolunu çox sevirəm (matc.az).
-
Magazin118:36
“DNT testi verib sübut edəcəyəm ki, uşağın atası mənəm” - FOTO
-
İdman18:24
Soyuqdan qorxan futbolçu görün hansı üsula əl atdı
-
Rəsmi xronika17:48
İlham Əliyev fərman imzaladı
-
MDB17:20
Putin Qazaxıstanda bu məsələni qaldıracaq: əgər hücum olarsa...
-
Rəsmi xronika16:10
Prezident onları təltif etdi
-
Rəsmi xronika15:30
İlham Əliyev onlara yüksək vəzifə verdi
-
Sosial14:55
Müdafiə Nazirliyində xidməti müşavirə keçirildi
-
ABŞ13:40
Qlobal maliyyə sistemi risk altındadır: dolların taleyi necə olacaq?