İdman
Mauritsio Sarri: Qələbəyə daha yaxın və layiq idik
Hesab edirəm ki, biz bu qələbəyə daha layiq idik. Yanvar-fevral aylarında baş verən problemlərdən sonra biz oyunumuzda dönüş yarada bildik. Premyer Liqada belə dönüşlər etmək o qədər də asan məsələ deyil. Biz Avropa Liqasında uğurlu mövsüm keçirdik. Ona görə bu qələbəyə daha yaxın və layiq idik.
Publika.az xəbər verir ki, bunu UEFA Avropa Liqasının 2018-2019-cu il mövsümünün qalibi olan “Çelsi” komandasının baş məşqçisi Mauritsio Sarri oyundan sonra təşkil edilən mətbuat konfransında deyib.
Baş məşqçi bildirib: “Bu, cari mövsümdə 64-cü oyunumuz idi, ona görə də yorğunluq hiss olunurdu. Lakin mən nəticə qazanmaq üçün futbolçulardan ikinci hissədə daha cəsarətli oynamağı xahiş etdim. Düşünürəm ki, biz yaxşı oynadıq və azarkeşlər üçün maraqlı futbol nümayiş etdirdik”.
“Çelsi” klubunu çalışdırmaqdan məmnunluğunu bildirən M.Sarri deyib: “İngiltərə Premyer Liqasının səviyyəsi çox yüksəkdir. Premyer Liqada uğurla çıxış edən bir klubun – “Çelsi”nin baş məşqçisi olduğum üçün çox xoşbəxtəm. Hesab edirəm ki, bu komanda daha böyük uğurlar qazanmağa qadirdir”.
Xatırladaq ki, “Çelsi” 2012-2013-cü il mövsümündən sonra ikinci dəfə UEFA Avropa Liqasının qalibi adını qazanıb. Həmin vaxt “Çelsi” finalda “Benfika”nı 2:1 hesabı ilə məğlub edib.
-
Magazin221:48İki məşhur xanımın arasında nələr baş verir? - “Heç vaxt belə bir əlaqə yaşamamışam”
-
Qarabağ 21:00Xankəndidə şəhər günü atəşfəşanlıqla qeyd olundu - FOTO
-
Magazin120:12Zaur Kamalın vəziyyəti pisləşdi
-
Magazin119:24Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
-
Qarabağ 18:24Xankəndidə Şəhər Günü belə qeyd edildi - FOTO
-
Qarabağ 17:18XTQ mayoru: "Müavinimə tapşırdım ki, bu barədə heç kəsə heç nə demə!"
-
Avropa16:59Fransa prezidentliyinə namizəd: Aİ-dən çıxıb Ukraynaya dəstəyi dayandıracağam!
-
Magazin116:49Alim Qasımov Üzeyir Mehdizadə ilə duetindən danışdı














.jpg)



















.jpg)

