İdman
Eden Azar "Real Madrid"ə trasfer olundu - RƏSMİ
İngiltərənin "Çelsi" klubunun belçikalı yarımmüdafiəçisi Eden Azar karyerasını Madrid "Real"ında davam etdirəcək.
"Kral klubu"nun rəsmi saytının məlumatına görə, belçikalı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanıb.
Bildirilir ki, 28 yaşlı cinah oyunçusu tezliklə tibbi müayinədən keçəcək. Sözləşmə şərtləri açıqlanmasa da, mətbuatda bu transferin "Real Madrid"ə 100 milyon avroya başa gəldiyi yazılıb.
Azar 2018/2019-cu illər mövsümündə Premyer Liqada 37 oyuna 16 qol vurub və 15 məhsuldar ötürmə edib. O, "Çelsi"nin Bakıda "Arsenal"ı 4:1 hesabı ilə məğlub etdikləri final qarşılaşmasında isə "dubl" edib.
Peşəkar karyerasına 2007-ci ildə Fransa "Lill"ində başlayan Eden Azar 2012-ci ildə "Çelsi"yə keçib. O, kapitanı olduğu Belçika millisində 100 oyuna 30 qol vurub (Report).
-
Magazin104:44“Sevgilim 3 il məni aldatdı” - Pərvin Abıyeva
-
İdman04:30"Real" səfərdə "Valensiya"nı darmadağın etdi
-
İqtisadi gündəm03:13Qızıl kəskin ucuzlaşdı
-
Sosial02:12Həmin tuneli yenə su basıbmış - VİDEO
-
Avropa01:41Krakovda Qətliam törədən şəxsin evində meyitlər aşkarlandı
-
Qoroskop00:30Günü ULDUZ FALI - Xəyallarınızla reallıq arasında körpü qura bilərsiniz
-
Nida Xəbər 00:20Hikmət Hacıyev Şuşadan paylaşım etdi - VİDEO
-
İdman7 Noyabr 23:00Ronaldonun Messiyə jestləri cavabsız qaldı - Sükut müzakirələrə səbəb oldu
































.jpg)

