İdman
PSJ-də qalmaqal: Neymar İspaniyaya qayıdır
Fransanın “Paris Sen-Jermen” (PSJ) klubunun ulduz futbolçusu Neymar komandanın prezidenti Nasser Əl-Xəlaifiyə komandanı tərk edəcəyini və “Barselona”ya dönmək istədiyini bildirib. O deyib: “Mən artıq burada qalmaq istəmirəm. Tezliklə öz evimə (“Barselona”) dönmək istəyirəm. Oranı heç vaxt tərk etməməli idim”.
Publika.az xəbər verir ki, bu xəbərdən sonra Nasser Əl-Xəlaifi futbolçunu təşkil olunmuş mətbuat konfransında tənqid edib. O bildirib ki, komandaya hörmət etməyən və öz işinə peşəkarcasına yanaşmayan şəxslər klubdan gedə bilər.
Xatırladaq ki, daha əvvəl Nasser Əl-Xəlaifi komandanın ulduz oyunçularına münasibətindən danışıb.
“Mən ulduzlardan yoruldum və onları daha PSJ-də görmək istəmirəm. Əgər biz bu istiqamətdə hərəkət etməyə davam etsək, onda dalana girəcəyik. Ona görə də bizə dəyişikliklər lazımdır. Bütün oyunçular öz üzərinə daha çox məsuliyyət götürməlidir. Hər şey tamamilə başqa cür olacaq. Oyunçular daha çox işləməli olacaq”, - o deyib.
Prezidentin sözlərinə görə, oyunçular klubda həyatdan həzz almaq və ya dincəlmək üçün deyillər.
“Əgər bu məsələdə kimsə başqa fikirdədirsə, onda qapılar həmişə çıxışa açılmışdır”, - klub prezidenti yekunlaşdırıb.
-
Nida Xəbər 14:54Şuşada Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi keçirildi
-
Nida Təhlil 14:19Məhv edilən “şeytan yuvası”nda Zəfər Muzeyi – “Bakıda çay içmək” arzuları reallaşdı
-
Ekologiya12:51Leysan yağacaq, şimşək çaxacaq - Sabahın hava proqnozu
-
Nida Xəbər 12:32Azərbaycan Prezidenti: Ermənistanın etirafına görə, onların ordusunda 12 minə yaxın fərari oldu
-
Nida Xəbər 12:26Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - Video(Yeniləndi)
-
Nida Xəbər 12:23Prezident: Biz qurub-yaradan xalqıq!
-
Səhiyyə11:27Vətən müharibəsi iştirakçılarına 879 min 232 ambulator xidmət göstərilib
-
Müsahibə10:33Zəfərdən sonra Azərbaycanın qarşısında açılan yeni imkanlar: Qarabağın aqrar potensialı...


































.jpg)

