İdman
Azərbaycan cüdoçusu bürünc medal qazandı
“Judo Club 2012”nin cüdoçusu universiadanın komanda yarışlarının bürünc medalını qazanıb.
Publika.az xəbər verir ki, İtaliyanın Neapol şəhərində Tələbələrin XXX Yay Universiadası çərçivəsində keçirilən cüdo yarışlarına yekun vurulub.
Universiadada 6 (5 kişi, 1 qadın) idmançı ilə təmsil olunan Azərbaycan yığması iyulun 7-də komanda
yarışlarında mübarizə aparıb. Kişi cüdoçularımız yarışda Türkmənistan, Almaniya və Fransa yığmalarını məğlub edərək yarımfinala vəsiqə qazanıblar. Bu mərhələdə Rusiya komandasına uduzan Azərbaycan millisi bürünc medal uğrunda görüşdə
Braziliya cüdoçularına 3:2 hesabı ilə qalib gəlib.
Beləliklə, Azərbaycan cüdoçuları XXX Ümumdünya Yay Universiadasının komanda yarışlarının bürünc medalına layiq görülüblər. Bürünc medal qazanan idmançılar arasında komandamızın bayraqdarı, “Judo Club 2012”nin üzvü Murad Fətiyev (81 kq) də var. Cüdoçumuza Napoli Universiadasının bürünc medalı təqdim olunub.
Qeyd edək ki, Yaponiya komandası da yarışda 3-cü yeri tutub. Rusiya komandası qızıl, Koreya isə gümüş medala sahib çıxıb.
Məlumat üçün bildirək ki, Azərbaycan idmançıları əvvəlki günlərdə keçirilən cüdo üzrə fərdi yarışları 1 gümüş medalla başa vurublar. Yeganə medalı komandamıza 73 kq çəki dərəcəsində çıxış edən Hidayət Heydərov qazandırıb.
Cüdoçumuz Birləşmiş Ərəb Əmirlikləri, Misir, Fransa, Monteneqro və Monqolustan idmançılarına qalib gələrək finala yüksəlib. Həlledici görüşdə rusiyalı Yevgeni Prokopçuka uduzan Hidayət universiadada gümüş medala sahib
çıxıb.
Qeyd edək ki, Hidayət Heydərov Azərbaycanın Əməkdar məşqçisi, “Judo Club 2012”nin baş məşqçisi Tərlan Həsənovun yetirməsidir.
Fərdi yarışlarda iştirak edən “Judo Club 2012”nin üzvü Murad Fətiyev isə ilk görüşdə hollandiyalı Yim Heymana məğlub olaraq mübarizəni dayandırıb.
-
ABŞ03:18Tramp bu dəfə Obamaya söz atdı
-
Qoroskop01:40Günün ulduz falı: üzünüzə şans qapısı açılacaq
-
Magazin124 May 20:46Azərbaycanlı müğənni 3-cü dəfə evlənir
-
İdman24 May 20:18Portuqaliyalı baş məşqçi Azərbaycan klubundan ayrıldı - Haqqımda xəbər yayılmışdı ki...
-
Kriminal24 May 18:4821 yaşlı qadın qətlə yetirildi, əri saxlanıldı - Video/Təfərrüat
-
Magazin124 May 18:36"Küçədə uşağıma elə sözlər dedi ki..." - Aparıcının həyat yoldaşı od püskürdü
-
Ekologiya24 May 17:30Azərbaycanın bu ərazilərinə qar yağacaq
-
Region24 May 16:28Polis CHP-nin binasına girməyə çalışır - VİDEO






















.jpg)











