İdman
Tahir Gözəl: Fikrimcə, çoxunuz mənimlə razılaşarsınız ki...
"Qarabağ"ın vitse-prezidenti Tahir Gözəl Çempionar Liqasının ikinci təsnifat mərhələsində "Dundalk"la cavab oyunundan (3:0) sonra jurnalistlərin suallarını cavablandırıb. O, əvvəlcə qalib gəldikləri matçla bağlı danışıb.
- Bu gün gözəl oyuna tamaşa elədik. Bir qol vurmağımız oyunun açılmasına səbəb oldu. Rəqib də əks-hücumda özünü göstərmək istədi. Gözəl oyun oldu, təbrik edirəm.
- “Qarabağ” III mərhələdə Kiprin APOEL klubunu mübarizədən kənarlaşdıra biləcək?
- Bilirsiniz, rəqib güclüdür, büdcəsi də bizdən yuxarıdır. APOEL hörmətəlayiq klubdur. “Qarabağ”ın oyununu bu gün birgə izlədik, mən həzz aldım. Qurban Qurbanov doğru siyasətlə klubumuzu idarə edir. “Qarabağ” doğru addımlarla irəli gedir. Hesab edirəm ki, indiki komanda tarixin ən güclü “Qarabağ”ıdır. Fikrimcə, çoxunuz mənimlə razılaşarsınız. Ona görə də addımlarımızı əmin şəkildə atırıq, qabağa gedirik. Kim deyə bilər ki, yekun nəticə nə olacaq? Ancaq hesab edirəm ki, APOEL qarşısında güclü komanda görəcəyik.
- Azarkeşlərə polislər arasında insident yaşadı. Bununla bağlı nə tədbir görüləcək?
- Mən də gördüm. Xoşagəlməz şey oldu. Narahat olduq. Ancaq nə olduğunu bilmirəm. Klub olaraq, orqanlarla danışacağıq, məsələnin nə olduğunu öyrənəcəyik. Meydana da azarkeş daxil oldu. Bu da yaxşı hal deyil. Buna görə klubumuz cərimələnir.
- Çempionlar Liqasında mübarizəni dayandırsanız, planlar necə olacaq?
- Avrokuboklarda davam edəcəyik. Gəlin, belə danışmayaq. Qarşıdakı oyunlara diqqətimizi cəmləməliyik. İnşallah, bu oyunlardan uğurla ayrılmalıyıq. Mənim hədəfim budur.
- “Neftçi” APOEL-lə daha öncə qarşılaşıb. Səfər oyununda rəqib azarkeşlər təxribata əl atmışdılar. Dağlıq Qarabağ məsələsi də hallanırdı. Bunu nəzərə almısınız?
- Xeyr, oyunumuzu fikirləşirik. “Qarabağ” oyun, cəsarət, keyfiyyət və şəxsiyyəti ilə Qarabağ məsələsini dünyaya çatdırmalıdır. Bizim işimiz budur. Sülhsevər klubuq. Ancaq idmanı, futbolu düşünürük. Təxribat barədə fikrimiz var. Əlimizdən gələn bütün tədbirləri görəcəyik (Qol.az).
-
Magazin206:16Gizli sevgilisi ilə sarmaş-dolaş oldular - FOTO
-
İdman05:15“Çelsi” tarixində ən bahalı transferini etdi
-
Magazin203:43Dua Lipa stationda kürəyiaçıq libasda poza verdi - FOTO
-
Magazin100:15İslamın menecerindən çağırış: "Kimsə bu oğlanı özünə gətirməlidir, çünki…"
-
Magazin100:00Dilarənin ən böyük arzusu: "Onlara baxanda ağlamaq istəyirəm"
-
Nida Xəbər 21 İyul 23:12“Dost Almaniya xalqına...” - İlham Əliyev xatirə kitabına bunları yazdı
-
Sağlamlıq21 İyul 22:24Hansı isti içkilər ömrü uzadır? - Maraqlı araşdırma
-
İdman21 İyul 22:00“Sabah” doğma meydanda qələbə qazandı - YENİLƏNDİ


































