İdman
Turan Bayramov dünya çempionatında bürünc medal qazandı
Estoniyanın paytaxtı Tallində gənc güləşçilər arasında dünya çempionatında sərbəst güləş üzrə təmsilçimiz bürünc medal qazanıb.
Publika.az xəbər verir ki, yığmanın aparıcı üzvlərindən olan Turan Bayramov (65 kq) təsəlliverici görüşdə mübarizəni davam etdirərək Rumıniya idmançısını çətinlik çəkmədən məğlub edib.
Təmsilçimiz üçüncü yer uğrunda qarşılaşmada Türkiyə pəhləvanına qalib gələrək dünya çempionatının bürünc medalına sahib çıxıb.
Qeyd edək ki, Turan Bayramov ilk mərhələdə gürcü rəqibinə qalib gəlsə də, dörddəbir finalda iranlı pəhləvana məğlub olumuşdu.
Komandanın digər üzvü Əşrəf Aşırov (70 kq) təsəlliverici görüşdə Qırğızıstan təmsilçisini mübarizədən kənarlaşdıraraq bürünc medal qarşılaşmasında iştirak hüququ əldə edib. Daha bir güləşçimiz təsəlliverici qarşılaşmaları uğurla başa vurub. Abubakr Abakarov (79 kq) ilk qarşılaşmada İtaliya idmançısını mübarizədən kənarlaşdırıb. Daha sonra Yaponiya pəhləvanına vaxtından əvvəl qalib gələn A.Abakarov bürünc medal qarşılaşmasına vəsiqə qazanıb.
Avqustun 12-də start götürən dünya çempionatı davam edir.
-
Hadisə00:15Bakıda ağır ekran adamların üzərinə aşdı: xəsarət alan var - VİDEO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bütün detalları diqqətlə yoxlayın
-
Kriminal20 Sentyabr 23:12Göygöldə dəhşətli qətl
-
Magazin220 Sentyabr 21:48İki məşhur xanımın arasında nələr baş verir? - “Heç vaxt belə bir əlaqə yaşamamışam”
-
Qarabağ 20 Sentyabr 21:00Xankəndidə şəhər günü atəşfəşanlıqla qeyd olundu - FOTO
-
Magazin120 Sentyabr 20:12Zaur Kamalın vəziyyəti pisləşdi
-
Magazin120 Sentyabr 19:24Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
-
Qarabağ 20 Sentyabr 18:24Xankəndidə Şəhər Günü belə qeyd edildi - FOTO


















.jpg)
















