İdman
Kikboksçumuz Masloboyevlə döyüşəcək
Məşhur Azərbaycan kikboksçusu Bəhram Rəcəbzadə növbəti döyüşünü oktyabrın 12-da Almaniyanın Düsseldorf şəhərində keçirəcək.
95 kiloluq çəki dərəcəsində dünyaca məşhur olan Glory kikboksinq turniri üzrə yarışan kikboksçumuzun rəqibi litvalı döyüşçü Sergey Masloboyevdir.
Bu barədə Köln Publika.az-a Azərbaycan-Türk Kültür və Dayanışma Dərnəyinin sədri Ufuk Kamal məlumat verib. Hazırda Kölndə Ufuk Kamalın dəstəyi ilə məşqlərini davam etdirən Bəhram Rəcəbzadə əslən Güney Azərbaycanın Urmiyə şəhərindəndir. Ufuk Kamal bildirib ki, Azərbaycan Kikboksinq Federasiyasının (AKF) rəhbəri, millət vəkili Adil Əliyev və AKF-nin vitse prezidenti Güloğlan Cabbarov döyüşü izləmək və idmançımızı dəstəkləmək üçün Almaniyaya gedəcək.
Ufuk Kamalın sözlərinə görə, uğurları ilə fərqlənən Bəhram Rəcəbzadə həm də millətçiliyi ilə seçilir: “O həmişə Türkiyə və Azərbaycan bayraqlarını birlikdə başı üzərinə qaldırır. Bu da Türkiyə və Azərbaycanın dünyada təbliğatı baxımından effektiv addımdır. Hesab edirəm ki, Bəhrama ciddi dəstək verməliyik”.
Ufuk Kamal bildirib ki, 4500 nəfərlik zalda baş tutacaq döyüşdə soydaşlarımızın daha çox olması və Bəhramı dəstəkləməsi vacibdir: “Ona görə də, burada yaşayan soydaşlarımızdan xahiş edirəm ki, döyüşün keçiriləcəyi məkana gəlsinlər və Bəhrama dəstək versinlər”.
Ufuk Kamal onu da əlavə edib ki, Bəhram Rəcəbzadənin döyüşəcəyi gündə, eyni məkanda erməni Marat Qriqoriyan da döyüşəcək: “Görürük ki, erməni boksçuya ermənilər və erməni diasporu tərəfindən ciddi dəstək var. Ona görə bizim də fəal olmağımız zəruridir. Çalışmalıyıq ki, 4500 nəfərlik zalda daha çox ermənilər yox, biz olaq”.
Xatırladaq ki, Bəhram Rəcəbzadə Bakıda “Orion” İdman Klubunun və Kiqboksinq üzrə Azərbaycan Milli Komandasının üzvüdür. Kiqboksinqin WAKO versiyası üzrə dünya çempionudur.
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu




























.jpg)







.jpg)


