İdman
"Sabah"dan Premyer Liqada BİR İLK
“Sabah” Premyer Liqa tarixində ilk dəfə böyük hesabla qalib gəlib.
Publika.az PFL-in saytına istinadən xəbər verir ki, bu, 6-cı turun “Səbail”lə görüşünə təsadüf edib. İqor Ponomaryovun rəhbərliyi altında ilk matçına çıxan komanda 3:0 hesablı qələbə qazanıb.
2018/19 mövsümündən Premyer Liqada çıxış edən “Sabah” bunadək 3 və ya daha çox fərq ilə qalib gəlməmişdi. İlk belə uğurunu 34-cü matçında əldə edən bakılılar 33 oyundakı 7 qələbəsindən dördündə bir, üçündə iki top fərqi ilə qalib gəlmişdi.
“Bank Respublika Arena”da əldə olunan qələbə həm də mövsümdə ilk olub. Əvvəlki 5 qarşılaşmada qalib gələ bilməyən “Sabah” ötən çempionatın son 5 turunda da qələbə qazanmamışdı. 10 oyunluq qələbəsizlik seriyasına son qoyan paytaxt klubu son dəfə aprelin 7-də 3 xala sevinib. 175 gün öncəki rəqib də indiki kimi “Səbail” olub - 3:1. Bu müddətdə komanda 3 heç-heçə edib, 7 dəfə uduzub.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi




































.jpg)
.jpg)
