İdman
“Ferrari” rəsmi adını dəyişdi
Formula 1 Yaponiya Qran-Prisində “Ferrari” yenidən “Scuderia Ferrari Mission Winnow” adlanacaq. FIA-nın oktyabrın 7-də açıqlanmış sifariş siyahısında belə göstərilib.
Publika.az xəbər verir ki, “Mission Winnow” təşəbbüsü “Ferrari”nin sponsorlarından birinin tütün məhsulunu reklam etməyə xidmət edir, lakin komanda bu və ya digər ölkənin qanunvericiliyinin tələbləri ilə əlaqədar bu loqotipdən hər yerdə istifadə edə bilmir. 2019-cu il mövsümünün 16 mərhələsindən 11-də “Ferrari” əməkdaşlarının maşınlarında və təchizatında “Mission Winnow” loqotipləri olmayıb. Loqotiplər sonuncu dəfə Monako Qran-Prisində müşahidə edilib. Lakin Yaponiya Qran-Prisində geri qayıdacaq. “Mission Winnow” 2018-ci ildə ilk dəfə məhz Suzukada təqdim edilib.
Mövsümün başa çatmasına beş mərhələ qalmış “Ferrari” “Mersedes”dən 162 xal geri qalaraq, Konstruktorlar Kubokunda ikinci yeri tutur. Onun pilotları son dörd mərhələdən üçündə qalib gəlib.
-
Nida Xəbər 09:36Nazir: Ərazi bütövlüyünün bərpası Azərbaycanın qüdrətini daha da artırdı
-
İKT09:27Azərbaycan mediası Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verdi
-
Ekologiya07:17Zəfər Gününün hava proqnozu açıqlandı
-
İdman06:46PSJ-yə bir qol bəs etdi
-
Magazin106:16Məşhur model 31 yaşını bağ evində qeyd etdi - FOTO
-
Magazin104:44“Sevgilim 3 il məni aldatdı” - Pərvin Abıyeva
-
İdman04:30"Real" səfərdə "Valensiya"nı darmadağın etdi
-
İqtisadi gündəm03:13Qızıl kəskin ucuzlaşdı















.jpg)


















.jpg)

