İdman
FHN-in qurumları arasında voleybol üzrə çempionat keçirildi - FOTO
21-25 oktyabr 2019-cu il tarixlərində Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq mərkəzi və Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının birgə təşkilatçılığı ilə nazirliyin qurumları arasında voleybol üzrə çempionat keçirilib.
Çempionatın oyunları Fövqəladə Hallar Nazirliyinin İdman Sağlamlıq mərkəzinin idman arenasında baş tutub. Yarışda 120-ə yaxın idmançının təmsil olunduğu 11 komanda öz qüvvəsini sınayıb. Gərgin idman mübarizəsi şəraitində keçən yarışın final görüşü Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin və Dövlət Yanğın Muhafizə Xidmətinin komandaları arasında olub. Rəqibini məğlub edən Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin komandası yarışın qızıl medalına layiq görülüb. İkinci yerə Dövlət Yanğın Mühafizə Xidmətinin komandası, üçüncü yerə isə Xüsusi Riskli Xilasetmə Xidmətinin voleybolçularını məğlub edən Mülki Müdafiə Qoşunlarının komandası layiq görülüb.
Yarışın tamaşaçıları sırasında Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov, FHN-in İdman-sağlamlıq mərkəzinin rəisi polkovnik Füzuli Musayev, Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti Faiq Qarayev, Azərbaycan Voleybol Federasiyasının baş katibi Cəlil Cəfərov və bir sıra fəxri qonaqlar olub.
FHN-nin İdman-sağlamlıq mərkəzinin rəisi polkovnik Füzuli Musayev, Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov və Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti Faiq Qarayev çıxış edərək komandaları təbrik edərək, onlara növbəti yarışlarda uğurlar arzulayıblar. Sonda qalib komandalara kubok, medal və diplomlar təqdim olunub. Qeyd edək ki, yarışın baş hakimi Səbuhi Əliyev olub.
-
MDB09:13Moskvaya PUA hücumu: anbarlar yandı, bölgələr hədəfə alındı - Ölənlər var
-
Ekopublika.az09:00Yeni tendensiya: Şirkətlər 40 yaşdan yuxarı işçilər axtarmağa başladılar - Nə baş verir?
-
Sosial07:35Toy mövsümü bu tarixdən başlayır
-
İqtisadi gündəm07:15İlon Maskın sərvəti buxarlandı - 650 milyard dollarlıq itki
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi






.png)







.webp)













.jpg)
.jpg)





