İdman
Azərbaycan cüdoçuları “Böyük dəbilqə” turnirində 3 medal qazandılar
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən “Böyük dəbilqə” turnirində Azərbaycan cüdoçuları 3 medal qazanıblar.
Publika.az xəbər verir ki, komandamıza ilk medalı Orxan Səfərov qazandırıb. 66 kiloqram çəki dərəcəsində yarışan cüdoçumuz Almaniya, İsrail, Rusiya, Qazaxıstan və Kuba idmançılarına qalib gələrək finala çıxıb. Həlledici qarşılaşmada İtaliya təmsilçisi Manuel Lombardoya uduzan təmsilçimiz "Böyük dəbilqə"nin gümüş medalı ilə kifayətlənib. Daha bir gümüş medalı isə yığmamızın aktivinə 100 kiloqram çəki dərəcəsində mübarizə aparan Zelim Kotsoyev yazdırıb. O, Fransa, Macarıstan, Pakistan və Türkiyə idmançılarına qalib gəlsə də, final qarşılaşmasında Koreya təmsilçisi Ço Quhama məğlub olaraq ikinci yerdə qərarlaşıb.
Ağır çəkidə (+100 kq) isə komandamıza bürünc medalı cüdoçumuz Uşangi Kokauri qazandırıb. Təmsilçimiz Ukrayna idmançısı Aleksandr Qordiyenko ilə üçüncü yer uğrunda döyüşdə qalib gəlib. Qeyd edək ki, Azərbaycan millisi yarışda 10 kişi və 5 qadın cüdoçu ilə iştirak edib.
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular



































.jpg)

.jpg)
