İdman
SOCAR “Fənərbağça”ya sponsorluq edəcək? - RƏSMİ
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Türkiyənin “Fənərbağça” klubuna sponsorluq edəcəkləri ilə bağlı mətbuatda yer alan xəbərlərə münasibət bildirib.
Qurumun İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov Publika.az-a açıqlamasında bu iddianın əsassız olduğunu söyləyib:
““Fənərbağça” klubunun da rəsmən bəyan etdiyi kimi Türkiyə mətbuatında yayılan bu şayiə doğru deyil. Yəni SOCAR-ın nə “Fənərbağça”, nə də digər futbol klublarını Türkiyədə dəstəkləmək və sponsorluq etmək kimi bir niyyəti yoxdur. Əvvəllər də bu cür şayiələr zaman-zaman yayılıb müxtəlif klublarla bağlı. Guya SOCAR Türkiyədə hansısa bir klubun dəstəyini öz öhdəsinə götürə bilər, sponsorluq edə bilər. Əvvəllər də bizim belə bir niyyətimiz olmadığı kimi, bu gün və gələcəkdə də elə bir planımız yoxdur”.
Qeyd edək ki, SOCAR-ın 450 milyon avro qarşılığında “Fənərbağça”ya sponsorluq edəcəyi xəbərini Türkiyə mətbuatı yazıb.
-
İdman06:46PSJ-yə bir qol bəs etdi
-
Magazin106:16Məşhur model 31 yaşını bağ evində qeyd etdi - FOTO
-
Magazin104:44“Sevgilim 3 il məni aldatdı” - Pərvin Abıyeva
-
İdman04:30"Real" səfərdə "Valensiya"nı darmadağın etdi
-
İqtisadi gündəm03:13Qızıl kəskin ucuzlaşdı
-
Sosial02:12Həmin tuneli yenə su basıbmış - VİDEO
-
Avropa01:41Krakovda Qətliam törədən şəxsin evində meyitlər aşkarlandı
-
Qoroskop00:30Günü ULDUZ FALI - Xəyallarınızla reallıq arasında körpü qura bilərsiniz
































.jpg)

