İdman
Fövqəladə Hallar Nazirliyi əməkdaşları növbəti uğura imza atdılar
22-24 noyabr 2019-cu il tarixlərində “Sərhədçi” İdman Olimpiya Mərkəzində Alpaqut Turan döyüş sənəti üzrə İkinci Dünya Çempionatı keçirilib. Çempionatda 22 ölkədən 500-dən çox idmançı mübarizə aparıb.
Yarışlarda Fövqəladə Hallar Nazirliyinin əməkdaşları yüksək nəticələr göstəriblər. FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin N saylı hissəsinin baş yanğınsöndürəni daxili xidmət çavuşu, Kunq-fu Sanda üzrə Respublika üçüncüsü, Alpaqut üzrə ikiqat Azərbaycan çempionu Useynov Tural 74 kq çəki dərəcəsində Alpaqut döyüşünün Caymaz və Batur (MMA) növlərində 1-ci yerə, DYMX-nin Bakı şəhəri Neft emalı müəssisələrinin mühafizəsi üzrə yanğından mühafizə dəstəsinin N saylı yanğın hissəsinin yanğınsöndürəni daxili xidmət sıravisi, Qriplinq üzrə Respublika çempionu Fərid Nəsirov 70 kq çəki dərəcəsində Alpaqut döyüşünün Batur (MMA) növündə 2-ci yerə, Dövlət Yanğından Mühafizə Xidmətinin N saylı hissəsinin yanğınsöndürəni daxili xidmət çavuşu Abbas Abbaslı Alpaqut döyüşünün Batur (MMA) növündə- 2-ci yerə və Qurşaq sistemində (Qriplinq) 3-cü yerə, Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcı daxili xidmət çavuşu, Alpaqut idman növü üzrə Avrasiya kubokunun qalibi, Dünya çempionu Elvin Mirzəyev 60 kq çəki dərəcəsində Alpaqut döyüşünün Caymaz növündə 1-ci yerə çıxıblar..
Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq mərkəzinin rəisi polkovnik Füzuli Musayev idmançıları qazandıqları nailiyyətlərə görə təbrik edib, növbəti yarışlarda müvəffəqiyyətlər arzulayıb.
-
Nida Təhlil 16:36Erməni lobbiçilərindən dəstək, xarici fondlardan pul - “Mühacirlər”in növbəti fiaskosu
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur













.jpg)





















.jpg)
.jpg)

