İdman
FHN əməkdaşları və idmançıları yeni uğurlar qazanmaqda davam edir
Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman-sağlamlıq mərkəzində Nazirliyin yarışlarda uğur qazanmış əməkdaşları və idmançıları ilə görüş keçirilib.
FHN-dən Publika.az-a verilən məlumata görə, görüşdə nazirliyin İdman-sağlamlıq mərkəzinin rəisi polkovnik Füzuli Musayev Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürəni Toğrul Mikayılovu, İdman-sağlamlıq mərkəzinin əməkdaşı baş-leytenant Rəşad Kəsəmənlini və FHN-in taekvando komandasının idmançısı Tamerlan Yaqubovu əldə etdikləri nailiyyətlərə görə təbrik edib, onlara gələcək yarışlarda müvəffəqiyyətlər arzulayıb.
Qeyd edək ki, 07-08 dekabr 2019-cu il tarixlərində Almaniyanın Zindelfinger şəhərində uşaq taekvondoçular arasında Avropa birinciliyi keçirilib. 32 ölkədən 500-dən çox idmançının mübarizə apardığı yarışda iştirak edən FHN-in İdman-sağlamlıq mərkəzinin idmançısı Mərkəzin əməkdaşı gizir Elvin Məmmədovun rəhbərliyi altında yüksək nəticə göstərib.
FHN-nin taekvandoçusu Tamerlan Yaqubov 29 kq çəki dərəcəsində 4 döyüş keçirərək turnirin gümüş medalına layiq görülüb.
10-13 dekabr 2019-cu il tarixlərində Ukraynanın Xarkov şəhərində Sanda döyüş növləri üzrə Dünya çempionatı keçirilib. Turnirdə 45 ölkədən 1000-dən çox idmançı iştirak edib. Yarışda FHN-in əməkdaşları Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürəni çavuş Toğrul Mikayılov 65 kq çəki dərəcəsində və Xüsusi Riskli Xilasetmə Xİdmətinin N saylı hərbi hissəsinin baş sürücüsü gizir Təbriz Qasımov 75 kq çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək kürsünün ən yüksək pilləsinə qalxıblar. Bununla da, Toğrul Mikayılov 5 qat dünya çempionu adını qazanıb.
13 dekabr 2019-cu il tarixində Azərbaycan Texniki Universitetinin idman zalında Azərbaycan Qol Güləşi Federasiyasının təşkilatçılığı ilə qol güləşi idman növü üzrə “Respublika Kuboku” açıq birinciliyi keçirilib. Yarışda 40 komandadan 140-dən çox idmançı mübarizəyə qoşulub. FHN-nin İdman-sağlamlıq mərkəzinin əməkdaşı baş-leytenant Rəşad Kəsəmənli bütün rəqiblərinə qalib gələrək yarışın qızıl medalına layiq görülüb. İmdançımız Azərbaycan Qol Güləşi Federasiyasının diplom və medalı ilə təltif olunub.
-
Nida Xəbər 10:52Bu şəxslər hərbi xidmət keçmədən “yararlı” bilet ala bilər
-
Sosial10:16Formula-1 zamanı Bakıda bu yollar bağlı olacaq
-
Dünya09:46Londonda həyəcan: Kralın bankir qohumu müəmmalı şəkildə öldü
-
Yaxın Şərq09:13Hörmüzdə bu ölkənin tankeri yanır - İran vurub
-
Avropa08:12Avropada poliqonda partlayış - Çox sayda yaralı var
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər












.jpg)




.jpg)
















.jpg)


