İdman
Karate ustadlarımız Dünya Şotokan Karate Federasiyası tərəfindən təltif olundu - - FOTO
Karate ustadlarımız Dünya Şotokan Karate Federasiyası tərəfindən təltif olunublar.
Publika.az xəbər verir ki, mükafat Azərbaycan Respublikasının Milli Məclisinin Gənclər İdman komitəsinin sədri və Karate-do Federasiyaları Assosiasiyasının prezidenti, millət vəkili Ülvi Quliyev və Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Mərkəzinin rəisi (polkovnik), Hərbiçilərin və Hüquq-Mühafizə orqanlarının İdman Assosiyasiyasının prezidenti, Azərbaycan Taekvando Federasiyasının 1-ci vitse-prezidenti Füzuli Musayevə təqdim edilib.
Qeyd edək ki, Ülvi Quliyev Karate idman növünün Avropa və Dünya çempionu adını qazanmış, Azərbaycan Respublikasının Əməkdar İdman ustası”, “Azərbaycan Respublikasının Əməkdar məşqçisi”, “Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi” fəxri adları ilə təltif olunub.
Füzuli Musayev karate üzrə 2 qat Dünya çempionu, Avropa çempionu, SSSR-i çempionu, dəfələrlə Azərbaycan çempionu olmuş, “Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi”, "Əməkdar İdman ustası" fəxri adları ilə təltif olunub.
22 dekabr 2019-cu il tarixində Dünya Şotokan Karate Federasiyasının (WSKF) Texniki komitəsinin qərarı ilə Avropa və Dünya çempionlarımız Ülvi Quliyev və Füzuli Musayev karatenin inkişafında xüsusi xidmətlərinə görə 8-ci dan (Şixan) qara kəmər dərəcəsinə layiq görülüblər. Qeyd edək ki, Ülvi Quliyev və Füzuli Musayev karateçilərə rəhbərlikləri dövründə bir çox sayda Azərbaycan gəncləri Avropa və Dünya çempionu adlarını qazanaraq tarixə yazılmışlar.
Artıq bütün dünyada tanınıb qəbul edilən Azərbaycan karate məktəbinin təməlində Ülvi Quliyevin və Füzuli Musayevin danılmaz xidmətləri, mübarizə və qələbə əzmi nümunəsi də dayanır.
-
Nida Təhlil 16:36Erməni lobbiçilərindən dəstək, xarici fondlardan pul - “Mühacirlər”in növbəti fiaskosu
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur













.jpg)





















.jpg)
.jpg)

