İdman
Ən çox məhsuldar ötürmə edən FUTBOLÇULAR
UEFA "böyük beşlik" ölkələrinin çempionatlarında, həmçinin öz bayrağı altında keçirilən yarışlarda ən çox məhsuldar ötürmə verən futbolçuların siyahısını açıqlayıb.
Publika.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, ölkə birincilikləri üzrə sıralamaya İngiltərənin "Mançester Siti" klubunun futbolçusu Kevin de Bröyne başçılıq edir. Belçikalı yarımmüdafiəçinin hesabında 15 qol ötürməsi var.
İkinci pillədə 13 məhsuldar ötürmə ilə Dortmund "Borussiya"sının futbolçusu Ceydon Sanço, üçüncü sırada isə Münhen "Bavariya"sından Tomas Müller yer alıb. Hərəyə 11 ötürmə edən Lionel Messi ("Barselona"), Luis Alberto ("Latsio") və Anxel Di Mariya (PSJ) 4-cüdür. 5-ci pillədə "Liverpul"lu Trent Aleksandr- Arnold (11 ötürmə), 6-cı sırada "Borussiya"lı (Dortmund) Torqan Azar (9) qərarlaşıb. Alexandro Qomes ("Atalanta"), Filip Kostiç ("Ayntraxt"), Lorenso Pelleqrini ("Roma") və İslam Slimani ("Monako") 8 məhsuldar ötürmə ilə 7-ci pillənin sahibidirlər. Hərəyə 7 qol ötürməsi verən Əşrəf Hakimi ("Borussiya", Dortmund), Emiliano Buendia ("Norviç"), Yoann Kort ("Brest"), Roberto Firmino ("Liverpul"), Deyan Kulusevski ("Parma"), Riyad Mahrez ("Mançester Siti"), Kristofer Nkunku ("Leyptsiq"), Portu ("Real Sosyedad"), Rodriqo ("Valensiya"), David Silva ("Mançester Siti"), Luis Suares ("Barselona"), Son Xın Min ("Tottenhem") və Adama Traore ("Vulverhempton") isə 8-ci sırada yer alırlar.
Bu mövsüm avrokuboklarda ən çox məhsuldar ötürmə edən futbolçuların siyahısında isə Portuqaliya "Braqa"sından Qaleno birincidir. Onun hesabında 6 qol ötürməsi var. Ümumi sıralama isə belədir:
1. Qaleno ("Braqa") - 6 (Çempionlar Liqası)
2. Hakim Ziyeş ("Ayaks") - 5 (Çempionlar Liqası)
3. Korentin Tolisso ("Bavariya"), Riyad Mahrez ("Mançester Siti"), Roberto Firmino ("Liverpul") - 4 (Çempionlar Liqası), Uroş Matiç (APOEL) - 4 (Avropa Liqası)
-
Nida Xəbər 12:20Məktəblərdə əsas məqsəd bərabərliyin qorunmasıdır - Aydın Hüseynov
-
MDB11:44Ukraynada hərəkat başladı: Zelenski vəzifəsindən kənarlaşdırılmalıdır
-
Sosial11:34Prezident Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşdü - FOTO
-
Dünya10:26Məktəbli forması şagirdlər arasında bərabərliyi təmin edir - Ceyran Mahmudova
-
Sosial09:32Süni intellekt hamını işsiz qoyacaq? - Dünya Bankının rəhbəri deyir ki...
-
Hadisə07:55Masazırda motosiklet qəzasında ölən iki dostun fotosu
-
Qoroskop01:20Günün ulduz falı: saf davranışlarınız bəzi problemlərə yol aça bilər
-
Magazin111 Oktyabr 22:48Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü - Video
















.jpg)
.jpg)














