İdman
“Fənərbaxça – Qalatasaray” derbisini bu hakim idarə edəcək
Türkiyə Super Liqasının 23-cü turunda keçiriləcək "Fənərbaxça" – "Qalatasaray" oyununun hakimi bəlli olub.
Publika.az xəbər verir ki, Türkiyə Futbol Federasiyası bununla bağlı açıqlama verib.

Komitə tərəfindən verilən açıqlamaya görə, 23 fevral 19:00-da başlayacaq oyunu hakim Halil Umut Meler idarə edəcək. Melerin köməkçiləri isə Mustafa Emre Eyisoy və Kerem Ersoy olacaq.
Qeyd edək ki, qarşılaşmanın dördüncü hakimi Koray Gençerler seçilib.
Halil Umut Meler bu günə qədər "Fənərbaxça" oyunlarında 15 dəfə çıxış edib. Həmin yarışlarda "Fənərbaxça" 10 dəfə qalib gəlib, iki dəfə məğlub olub. 3 qarşılaşma isə heç-heçə başa çatıb. Meler "Qalatasaray"ın isə 12 oyununda fit çalıb. Sarı-qırmızılı komanda bu matçlarda 10 qələbə qazanıb və 2 oyun heç-heçə bitib.
Tağı Həsənov
-
İqtisadi gündəm03:13Qızıl kəskin ucuzlaşdı
-
Sosial02:12Həmin tuneli yenə su basıbmış - VİDEO
-
Avropa01:41Krakovda Qətliam törədən şəxsin evində meyitlər aşkarlandı
-
Qoroskop00:30Günü ULDUZ FALI - Xəyallarınızla reallıq arasında körpü qura bilərsiniz
-
Nida Xəbər 00:20Hikmət Hacıyev Şuşadan paylaşım etdi - VİDEO
-
İdman7 Noyabr 23:00Ronaldonun Messiyə jestləri cavabsız qaldı - Sükut müzakirələrə səbəb oldu
-
Sosial7 Noyabr 21:24Polad Həşimovun anasının son durumu açıqlandı
-
Magazin27 Noyabr 20:48“Victoria's Secret”in mələyi okean kənarında bikinidə poza verdi - FOTO
































.jpg)

